Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
TAP-ın inşası 2020-ci ildə başa çatacaq
Tarix: 13.11.2018 | Saat: 11:58:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Trans-Adriatik” (TAP) təbii qaz boru kəməri layihəsinin 80 faizdən çoxu tamamlanıb və bu yaxınlarda İtaliyada işlər yenilənib. Beləliklə biz təsdiq edə bilərik ki, layihə 2020-ci ildə başa çatacaq.

Bu barədə “Snam S.p.A.” şirkətinin baş icraçı direktoru Marko Alvera deyib.

O bildirib ki, TAP Yunanıstan-Türkiyə sərhədində Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə birləşərək, İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya, Apuliya sahillərinə gəlməzdən öncə Şimali Yunanıstandan, Albaniyadan və Adriatik dənizindən keçəcək.

Şirkətinin baş icraçı direktoru “Snam”ın TAP layihəsinin 20 faizlik səhmdarı olduğunu deyib. Qeyd edib ki, İtaliya hökuməti bu yaxınlarda Apuliyada yerli sakinlərin etirazlarına baxmayaraq TAP-ın tikintisinin dayandırmayacağı barədə açıqlama verib. Belə ki, TAP layihəsinin dayandırılması İtaliya üçün böyük cərimələrə səbəb olacaq.

Qeyd edək ki, bu layihə Azərbaycan təbii qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2018
16.12.2018
15.12.2018