Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"KTMT-dəki müttəfiqlərimiz Ermənistana Rusiyanın əlaltısı kimi baxırlar" - erməni ekspert
Tarix: 13.11.2018 | Saat: 14:03:00
Bölmə:Siyasət | çapa göndər

Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçirilən son toplantısı Ermənistan və yeni baş nazir Nikol Paşinyan üçün seçkilər öncəsi ağır diplomatik zərbələrin alınması ilə yadda qaldı.

Ermənitan hərbi müttəfiqlərinin yekdil rəyi ilə təşkilata sədrlikdən kənarlaşdırıldı. Təbii ki, bu məsələdə Azərbaycan amili də mühüm rol oynamaqdadır. KTMT-yə üzv dövlətlərin hər biri əslində ayrı-ayrılıqda Ermənistanın onlar üçün artıq yük olması qənaətindədir. Cənubi Qafqaz kimi strateji bölgədə isə Ermənistanın əvəzində Azərbaycan kimi dayanıqlı və sabit inkişafa malik dövlətin müttəfiq seçilməsi daha məqsədə uyğun sayılır.

Ermənistan daxilində isə, hələ də Paşinyanın Astana uğursuzluğunun səbəbləri geniş müzakirə olunmaqdadır.

Hafta.az-ın məlumatına görə, Ermənistan Beynəlxalq Məsələlər İnstitutunun eksperti, politoloq Armen Vardanyanın qənaətincə, Qazaxıstan və Belarusun Ermənistanı Rusiyanın əlaltısı kimi qəbul edir və İrəvana hərbi-siyasi müttəfiq statusunda yanaşmırlar:

"Daha bir mühüm məqam isə bu dövlətlərin Azərbaycanla münasibətləridir. Belarus Azərbaycana silah satır, Qazaxıstan isə rəsmi Bakıya KTMT daxilində müşahidəçi statusu təklif edib".

Erməni ekspert Qrant Mikaelyan isə bildirir ki, erməni tərəfinin namizədinin qeydə alınmamasına Qazaxıstan və Belarus səbəb olub:

"KTMT-dəki müttəfiqlərimiz Ermənistandakı durumdan yararlanmağa çalışırlar. Burada həmçinin Azərbaycan amili də var, hansı ki, hər iki dövlətin rəsmi Bakı ilə münasibətlərində öz maraqları mövcuddur".

A.Vardanyan bildirir ki, Ermənistan hakimiyyəti Xaçaturovu həbs etməklə böyük səhvə yol verdilər. Bu həbs Rusiyada etirazla qarşılandı. Moskvada Xaçaturovun həbsinin KTMT-nin nüfuzuna dünyada vrulmuş zərbə kimi dəyərləndirdi.

Q.Mikaelyan isə bildirir ki, bu gün Ermənistan Xaçaturovun həbsinin siyasi nəticələrini minimallaşdırmağa çalışır. Məhz bu səbəbdən Rusiya Xaçaturovun baş katib seçilməsi məsələsində olduğu kimi, bu dəfə Qazaxıstan və Belarusa təzyiqlər göstərmədi.

Digər erməni ekspert Ruben Meqrabyan isə hesab edir ki, Ermənistan nümayəndəsinin baş katib postuna təsdiqlənməməsi Paşinyan və bütövlükdə Ermənistanın reytinqinə güclü zərbə vurmağa hesablanmış addımdır.

Azad

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018