Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəhid hərbi qulluqçuların narazı vərəsələri məhkəməyə müraciət edə bilərlər - Nazir
Tarix: 13.11.2018 | Saat: 14:30:00
Bölmə:Sosial | çapa göndər

"Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəniş almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul etdim, şəxsən dinlədim. Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq, amma kiminsə hüquqi haqqı olmadan bunu tələb etməsi düzgün deyil".

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır. Onun sözlərinə görə, bəziləri iddia edir ki, onların yerinə müvafiq sənədlərə saxta imza çəkilib:

“Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Böyük əksəriyyət dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmirlər. Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin. 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz. Qanuna görə 5 il müddət nəzərdə tutulur, 5 ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir. Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə və məhkəməyə müraciət edə bilərlər. Hər birimiz üçün müqəddəs olan şəhid adından sui-istifadə etmək düzgün deyil”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018