Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vəzifəlinin 14 yaşlı oğlu 13 yaşlı qızı avtomobillə vurdu - GÜNÜN TƏZADLARI
Tarix: 13.11.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verdi. Hafta.az yazır ki, "Report"un Şimal bürosunun verdiyi məlumata görə, Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub. S.İsmayılova “təcili tibbi yardım” avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir. Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.


Robot xəbər diktoru açılış çıxışı etdi


Çində təşkil edilən Dünya İnternet Konfransında bir ilk yaşandı. “Xinhua News” kanalının xəbər serveri Janq Jaoya bənzədilən robot spiker - Çinin ilk robot xəbər diktoru özünü tanıdaraq açılış çıxışı etdi. Hafta.az-ın “Dəyərlər” nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, “Xinhua News” kanalının ingilis dili xidmətində xəbərlər bundan sonra insana eynilə bənzəyən bir robot tərəfindən təqdim ediləcək. Spiker diktorun çıxışı "Salam hər kəsə! Mən ingiliscə süni zəka diktoruyam. Bu mənim “Xinhua News” kanalındakı ilk günümdür. Görünüşüm və səsim “Xinhua”da vəzifə yerinə yetirən Janq Jaoya bənzədildi. Media sənayesinin beynəlxalq inkişaf etmiş texnologiyalarla inteqrasiyası və innovasiyası üçün hazırlandım. Yorulmadan işləyərək sistemimə yazılan məlumatları sizə çatdıracağam. Sizinlə yeni xəbərləri paylaşmaq üçün səbirsizliklə gözləyirəm".


Kürdəmirdə kişi öz kəsdiyi ağacın altında qalıb öldü


Kürdəmir rayonunda bədbəxt hadisə baş verdi. Hafta.az yazır ki, “Trend”in məlumatına görə, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində özünün kəsdiyi ağac üzərinə düşüb. Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Mansurov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


Səki qadını “uddu”


Çində qeydə alınmış bir videogörüntüdə səkinin dağılaraq bir qadını “udması” görüntüləndi. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, bu görüntüləri “CGTN” telakanalı yayımlayıb. İnsident bazar günü Qansu vilayətinin Lancjou şəhərində baş verib. Videoçarxda səkinin anidən çökməsi və yol keçən qadının yarılan torpağa gömülməsi görüntülənib. Polislər zərərəçəkmiş qadını xilas ediblər. Onun qabırğalarının sındığı məlum olub.


Paytaxtdakı məşhur bazarın söküləcəyi bəlli oldu


Bu ilin sonuna kimi Bakının məşhur "Nəsimi bazar”ının söküləcəyi bilindi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bazarın ərazisi "Pilot layihə”yə salınıb. Artıq obyektin yaxınlığında söküntü işlərinə başlanılıb. Bu ilin sonunadək bazar tam sökülərək, yerində 4 böyük göydələnin tikintisinə başlanılacaq. Bina isə "OLYMPUS park” şirkəti tərəfindən inşa ediləcək. "OLYMPUS park” şirkəti artıq yeni binaların alıcılarını axtarır.


Sehrbaz trük zamanı ölümdən zorla qurtuldu


İspaniyalı sehrbaz Pedro Volta mürəkkəb trük zamanı ölümlə üz-üzə qaldı. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, qolları bağlı olan Volta su ilə dolu olan qapalı şüşəli qabdan çıxmağa çalışarkən qəflətən huşunu itirib. Şou təşkilatçıları və sehrbazın köməkçisi Voltanın hərəkətsizliyini görüncə, onu tələsik oradan çıxarıblar və “təcili tibbi” yardım çağırıblar. Volta qısa müddət ərzində özünə gəlsə də, həkimlər onu xəstəxanaya aparıblar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2018
16.12.2018
15.12.2018