Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
35 yaşlı Yavru vətən bayram edir
Tarix: 13.11.2018 | Saat: 19:00:00
Bölmə:Sosial | çapa göndər

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) cümhuriyyət elan olunmasının 35-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub. Dövlət rəsmilərinin, millət vəkillərinin, xarici diplomatların və geniş ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə öncə hər iki ölkənin dövlət himni səsləndirilib.

Açılış çıxışı edən KKTC-nin Bakıdakı nümayəndəliyinin başçısı xanım Ufuk Arca Turganer Şimali Kiprin tarixindən, cümhuriyyətin elan olunmasına gedən yoldan söz açıb. Bildirib ki, bu il KKTC, həm Türkiyə, həm də Azərbaycan üçün önəmli ildir. "Bu il Azərbaycan Demokratik Cümhuriyyətin 100, Türkiyə Cümhuriyyətin 95, Quzey Kıprıs isə Cümhuriyyətin 35 illiyini qeyd edir. Elan oldunduğu gündən Kıprıs türkləri hər zaman demokratiyanın qalib gələcəyinə, dünya birliyi tərəfindən tanınacağına ümid edib. Kıprıs türkləri həmişə sülhün tərəfdarı olublar, amma təəssüf ki, qarşı tərəf bu istəyə müsbət cavab verməyib" deyən KKTC rəsmisi sonda Kıprısın türk xalqına Cümhuriyyət bəxş edən Rauf Denktaşı rəhmətlə anıb. 

Azərbaycan adına çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, ölkələrimiz arasında elmi-mədəni əlaqələr həmişə yaxşı vəziyyətdə olub. O, Azərbaycan ictimaiyyəti təmsilçilərinin tez-tez Kıprısda olduğunu və yerli həmkarları ilə fikir mübadiləsi apardıqlarını əlavə edib.

İndi də baxaq görək, Şimali Kipr haqqında nələri bilirik:

Şimali Kipr Türk Cümhuriyyəti və ya qısaldılmış formada desək, Şimali Kipr (KKTC) Aralıq dənizinin böyüklüyünə görə üçüncü adası olub, Anadolu yarımadasından 65 kilometr cənubda yerləşir. KKTC Kipr adasının şimalında yerləşir və müstəqilliyi yalnız Türkiyə tərəfindən tanınan de-fakto müstəqil dövlətdir. Bu gün bir çox dövlət, o cümlədən BMT və Avropa Birliyi kimi nüfuzlu təşkilatlar adanın cənubunda yerləşən Kipr Respublikasını tanıyırlar. Səbəb isə sadədir: BMT və Avropa Birliyi iddia edir ki, Kiprin şimal hissəsi Türkiyənin işğalı altındadır. Müstəqilliyini elan etdikdən sonra Türkiyə tərəfindən hər cür siyasi, iqtisadi və hərbi dəstək alan Şimali Kipri Türkiyədə “Yavru vətən”, “Yaşıl ada” və ya “Cənnət ada” deyə adlandırırlar.

Ərazisi 3355 kvadratkilometr olan KKTC-nin sərhədləri şimalda Dipkarpaz, qərbdə Güzelyurt və cənubda Akıcılara qədər uzanır. KKTC ilə Kipr Respublikası arasında BMT-nin nəzarətində olan bufer zona – “Yaşıl xətt” yerləşir.

Şimali Kiprin ən gözəl və əhəmiyyətli yerləri paytaxt Lefkoşa, Girnə, Qazimağusa və Gözəlyurtdur. Ölkədə Aralıq dənizi iqlimi hakim olduğundan yağış çox yağmır. Burada adətən, isti və quru hava iqlimi hakimdir.

Adanın tarixinə gəlincə, bir çox dövlətlərin əsarətdə saxladığı Kipr eramızdan əvvəl 1500-cü illərdə Qədim Misirin idarəsi altında olub. Amma eramızdan əvvəl 333-cü ildə müharibədə farsları məğlub edən Makedoniyalı İsgəndər Kipri işğal edir. Bu tarixdən sonra adada yunan mədəniyyəti inkişaf etməyə başlayır. Eramızdan əvvəl 58-ci ildə ada Roma İmperiyasının vilayətinə çevrilir və 350 il ərzində Roma İmperiyasının əsarətində qalır. Sonralar Kipr adası Osmanlı dövlətinə aid gəmilərə silsilə hücumlar həyata keçirən xristian dəniz quldurlarının məkanına çevrilir. Quldurlar əsasən ticarət gəmilərinə və həccə gedən sərnişinləri daşıyan gəmilərə hücum edirdilər. Bunun üçün Kipr adasının nəzarətə götürülməsi zərurətə çevrilir. Beləliklə hərbi əməliyyata start verən sultan ikinci Səlim 1570-ci ilin avqustunda Lələ Mustafa Paşanın komandanlığı altındakı ordu birləşmələri və Piyalə Paşanın dəniz donanmasının birgə hücumu ilə ada üzərində hakimiyyətini təmin edir. Kiprin fəthi ilə Şərqi Aralıq dənizi tamamilə Osmanlı dövlətinin nəzarətinə keçir. 1570-ci il sentyabrın 15-də Lələ Mustafa Paşa təntənəli şəkildə Lefkoşa şəhərinə daxil olur. Kiprin fəthi zamanı adada çox az sayda yunan varmış. 1571-ci ildə adada siyahıyaalınma keçirilir və 150 min əhali qeydə alınır. Adadakı türk əsgərin sayı isə 30 min nəfər idi.

XX əsrdə Kiprdə vəziyyət daha qaynar və maraqlı oldu. Belə ki, 1974-cü ildə başladılan Kipr Hərəkatının nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü il noyabrın 15-də isə Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini elan edir.

KKTC, yuxarıda qeyd etdiyimiz kimi, rəsmi adı ilə təkcə Türkiyə tərəfindən tanınıb. İlk illər Pakistan və Banqladeş onu Kipri tanısalar da, daha sonradan beynəlxalq təzyiqlər altında bu fikirdən geri çəkiliblər. Rəsmi olaraq tanımasalar da, dünyanın bir çox dövləti KKTC ilə münasibətlər qurmaqdadır. Hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi və Avropa Birliyinin dəstək ofisi fəaliyyət göstərməkdədir.

Şimali Kiprdə Təhlükəsizlik Qüvvələri Komandanlığı (GKK) adlı silahlı qüvvələr mövcuddur. Bu orduda 18-40 yaşları arasında 4 min nəfər xidmət keçməkdədir. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin 35 minlik 11-ci kolordusu Kipr Türk Sülh Korpusu adı ilə adada xidmət keçməkdədir.
Beynəlxalq səviyyədə tanınmadığına görə Şimali Kipr mütəmadi olaraq Türkiyədən yardımlar almaqdadır. Milli valyutası türk lirəsi olan bu dövlətin bütün idxal və ixrac əməliyyatları məhz Türkiyə üzərindən həyata keçirilməkdədir.

KKTC-nin iqtisadiyyatı beynəlxalq embarqolar üzündən ancaq Türkiyə vasitəsilə inkişaf etdirilməkdədir. Çünki ölkənin dünyaya çıxışı ancaq Türkiyə üzərindən mümkündür. Ölkə büdcəsinin 70 faizdən çox hissəsi turizm sektoru və xidmət sahələrindən formalaşmaqdadır. Kənd təsərrüfatının iqtisadiyyatda payı 10, yüngül sənayenin payı isə 20 faizdir. Bundan əlavə, KKTC-də diplomları beynəlxalq səviyyədə tanınan çoxlu universitetlər var ki, hazırda 70-dən çox ölkədən minlərlə tələbəni özlərinə cəlb etməkdədir. Bu da ölkəyə əlavə valyutanın axmasına səbəb olur.

Hazırda əsas gəlirləri turizmdən gələn KKTC-də illik ümumdaxili məhsul istehsalı təxminən 3,8 milyard dollar, adambaşına düşən milli gəlir isə 14 min dollar civarındadır.

Telefon kodu +90 392 olan Şimali Kiprin internet domen adı *.nc.tr kimidir. Dünya Poçt Birliyi müstəqil dövlət kimi Şimali Kipri tanımadığından bu ölkəyə hər hansı məktub və ya bağlama göndərəndə “Mersin 10 Turkey” başlığı qeyd olunmalıdır. Şimali Kiprə hava uçuşları yalnız Türkiyədən həyata keçirilir.

Təxminən 320 min nəfər əhalisi olan KKTC türkləri yerli və Türkiyədən gəlmiş türklərdən ibarətdir. Burada az sayda maruni və yunanlar da yaşayır. Dövlətin rəsmi dili türk dilidir. Əhali əslində Türkiyə türkçəsinin Kipr ləhçəsində danışır və 1940-cu ildən etibarən latın hərfləriylə yazırlar. Əhalinin əksəriyyəti müsəlmanlardır.

1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaradılıb, daha sonra Azərbaycanın bəzi qeyri-dövlət strukturları ilə də Şimali Kipr arasında əlaqələr qurulub. Müstəqillik illərində KKTC universitetlərində yüzlərlə azərbaycanlı tələbə təhsil alıb. Hazırda orada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərməkdədir.

KKTC-nin Azərbaycanda rəsmi təmsilçisi xanım Ufuk Arca Turganerdir.

Vüsal Tağıbəyli

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi xanım Ufuk Arca Turganer başda olmaqla bütün Kıprıs türklərini təbrik edirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Rusiyadan gələn Azərbaycan vətəndaşında ov silahı aşkarlanıb
“Ermənistan yeni sosial partlayışa hamilədir” – Bəhruz Quliyev
Abşeronda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 145 mənzil təqdim edilib
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək
“Xalqımız bu tarixi hadisə ilə fəxr etməlidir” – Elman Məmmədov
Lənkəran sakinlərindən ov tüfəngləri götürülüb
İbtidai sinif müəllimləri imtahana çəkilir
““Qlobal Terrorizm İndeksi” də göstərir ki, Azərbaycanda çoxtəminatlı sabitlik var” – Millət vəkili
“Psixoloji yardım haqqında” qanun qəbul edilib
“Azərbaycanın “Qlobal Terrorizm İndeksi”ndə mövqeyini daha da yaxşılaşdırması reallığı və ölkəmizin prinsipial mövqeyini əks etdirir” – Vüqar Rəhimzadə
Abşeron gömrük postuna hər hansı təyinat olmayıb - DGK
Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub - Hikmət Hacıyev
Bakıda bağban həyətdən ağ civə və qumbara tapdı