Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əfqanıstan səfirliyinin diplomatları Qida Təhlükəsizliyi Agentliyinin rəsmiləri ilə görüşüblər
Tarix: 13.11.2018 | Saat: 18:45:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Əfqanıstan İslam Respublilkası Səfirliyinin nümayəndəsi Bəhruz Taheri və ticarət işləri üzrə attaşe Ruhulla Rəfiqi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmiləri ilə görüşüblər.

Hafta.az yazır ki, görüşdə iki ölkə arasında ərzaq məhsullarının idxal-ixrac əməliyyatları zamanı inzibati prosedurların sadələşdirilməsi, qida təhlükəsizliyi sahəsində Əfqanıstan və Azərbaycanın müvafiq icra hakimiyyətləri arasında əməkdaşlığı müzakirə olunub. Agentliyin nümayəndələri bu sahədə Azərbaycanın qüvvədə olan qanunvericiliyi barədə məlumat veriblər. Əfqanıstandan ərzaq məhsullarının idxalı zamanı lazımi şəraitin yaradılmasına hazır olduqlarını bildiriblər.

Ticarət məsələləri üzrə attaşe Ruhullah Rəfiqi Azərbaycan tərəfinin mövqeyini yüksək qiymətləndirərək bildirib ki, Əfqanıstanın Kənd Təsərrüfatı Nazirliyi Beynəlxalq Agentliyin (IPPC) standartlarına uyğun olaraq fitosanitar sertifikat təqdim etməyə hazırdır. Tərəflər həmçinin qarşılıqlı əməkdaşlıq sayəsində iki ölkə arasında ərzaq məhsullarının idxal və ixracını həyata keçirəcəklərinə ümidvar olduqlarını bildiriblər. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2018
16.12.2018
15.12.2018