Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Daşkəsəndə evdə baş vermiş yanğında 4-ü uşaq olmaqla, 5 nəfər ölüb
Tarix: 14.11.2018 | Saat: 10:00:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Daşkəsəndə yaşayış evində dəhşətli yanğın hadisəsi baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Quşçu qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.

Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.​



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018