Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İstehlak məhsullarının qiymətləri 2,4 faiz bahalaşıb
Tarix: 14.11.2018 | Saat: 10:50:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən hafta.az-a bildiriblər ki, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərində 0,2 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətlərində 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 0,1 faiz bahalaşma qeydə alınıb.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, ayaqqabıların, inşaat materiallarının, kiçik elektrik cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, fərdi və planşet tipli kompüterlərin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, mobil telefonların, fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Oktyabr ayında sentyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla, digər ölkələrə sərnişindaşıma, avtomobillərin təmiri, bərbərxana və kosmetoloji xidmətlərin qiymətləri, mənzillərin icarə haqqı, kompüter kurslarında təhsil haqqı bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik olmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018