Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Veysəloğlu" işçilərinin tələbə övladları ilə görüş keçirdi
Tarix: 14.11.2018 | Saat: 13:10:00
Bölmə:Sosial | çapa göndər

Bu gün “Veysəloğlu Akademiya”da Şirkətlər Qrupunun əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib.

Şirkətlər Qrupundan hafta.az-a verilən məlumata görə, görüşdə şirkət rəhbərliyi yüksək bal toplayıb ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nailiyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı vətəndaş olmağı arzulayıb.

Qeyd edək ki, “Veysəloğlu” şirkətinin 37 nəfər əməkdaşının övladı 2018-2019 tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar əldə etdikləri yüksək nəticəyə görə “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nın (VTTP) iştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcək. Bundan başqa, 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.

Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu 2012-ci ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı həyata keçirməkdədir. Təqaüd proqramına əsasən ümumilikdə 100-ə yaxın şirkət əməkdaşının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və birdəfəlik təqaüdlər ödənilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018