Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Erməni mafiyası ilə əlaqəli olan Eleni Teoxarus Albaniyada da arzuolunmaz şəxs elan olundu
Tarix: 14.11.2018 | Saat: 12:45:00
Bölmə:Gündəm | çapa göndər

Bir çoxlarına Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri və bunun nəticəsində ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilməsi və haqqında AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılması ilə tanınan Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarus növbəti qalmaqal ilə gündəmə gəlib.

Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən, E.Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunub.

AP-nin Kiprdən olan bu üzvünün beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib.

Əslində Albaniyanın qərarı heç də təəccüb doğurmur və bu qərarın heç də bu qəbildən olan sonuncu qərar olmayacağını təxmin etmək olar. Belə gedərsə Kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk Avropa Parlamentinin üzvü “statusu”nu da qazana bilər.

Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Eleni Teoxarusun Kaspar Karampetyanla əlaqələri vardır və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır.

Xatırlatmaq istərdik ki, bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrilmiş və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilmişdir. Ermənistanın Almaniyadakı səfirinin də adı hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə, arzuolunmaz şəxslər siyahısına salınıb və Almaniya kansleri Anjela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib.

Eleni Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.

Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Rusiyadan gələn Azərbaycan vətəndaşında ov silahı aşkarlanıb
"Azərpoçt"un filialından seyf oğurlanıb
Sabah yağış yağacaq - Proqnoz
NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəlib
“Ermənistan yeni sosial partlayışa hamilədir” – Bəhruz Quliyev
Abşeronda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 145 mənzil təqdim edilib
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək
“Ermənistan təyyarələri sərhədimizi pozan kimi vurulmalı idi”- Deputat
“Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var” – Aqil Abbas
“Xalqımız bu tarixi hadisə ilə fəxr etməlidir” – Elman Məmmədov
Lənkəran sakinlərindən ov tüfəngləri götürülüb
İbtidai sinif müəllimləri imtahana çəkilir
““Qlobal Terrorizm İndeksi” də göstərir ki, Azərbaycanda çoxtəminatlı sabitlik var” – Millət vəkili
“Psixoloji yardım haqqında” qanun qəbul edilib
“Azərbaycanın “Qlobal Terrorizm İndeksi”ndə mövqeyini daha da yaxşılaşdırması reallığı və ölkəmizin prinsipial mövqeyini əks etdirir” – Vüqar Rəhimzadə
Abşeron gömrük postuna hər hansı təyinat olmayıb - DGK