Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İcbari tibbi sığorta tətbiqinə 224 milyon manat vəsait nəzərdə tutulub” - Deputat
Tarix: 14.11.2018 | Saat: 13:32:00
Bölmə:Siyasət | çapa göndər

Rəşad Mahmudov:”2018-ci illə müqayisədə bu vəsaitin çox ayrılması səhiyyənin inkişafına öz real təsirini edəcək”.

“Müstəqillik dövründən sonra ilk dəfə olaraq, 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsaiti psixoloji baryer həddi olan 1 milyard manatı keçib“.

“Həftə içi” parlament müxbirinin verdiyi mlumata görə, bunu Milli Məclisin deputatı, tanınmış ürək cərrahı Rəşad Mahmudov Milli Məclsin bu gün keçirilən iclasında deyib.

“Səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının, xərclərinin düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında kəmiyyət və keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyə sisteminin effektli qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir. Dövlət qurumları arasında tibbi xidməti verən Səhiyyə Nazirliyi əsas rol oynayarkən, Dövlət Sosial Müdafiə Fondu, xidmətlərin alıcısı kimi İcbari Tibbi Sığorta Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə, İqtisadiyyat nazirlikləri və vergi orqanlarının ortaq, birgə fəaliyyəti dövlət səhiyyə siyasətinin inkişafında mühüm rol oynayır...” deyə R.Mahmudov bildirib.

“Müstəqillik dövründən sonra ilk dəfə olaraq, 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsaiti psixoloji baryer həddi olan 1 milyard manatı keçib. Beləliklə, səhiyyə xərclərinin dövlət büdcəsində xüsusi çəkisi ilk dəfə olaraq dövlət büdcəsindən 4.2 faiz təşkil edib. Bundan əlavə, icbari tibbi sığorta 2019-cu ildən tətbiqinə 224 milyon manat vəsait nəzərdə tutulub. 2018-ci illə müqayisədə bu vəsaitin çox ayrılması səhiyyənin inkişafına öz real təsirini edəcək”.

Tanınmış həkim qeyd edib ki, dünya ölkələrində təhsil və səhiyyə xərclərinə baxdıqda dövlət büdcəsindən səhiyyəyə ayrılan xərcin təhsillə müqayisədə 20-25 faiz daha yüksək olduğunu görmək mümkündür.
“Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibbi müəssisələri, tibbi texnologiya, maliyyələşmə və texnologiyadır...”-deyə parlament üzvü vurğulayıb.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018