Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mərkəzi Bank "Maliyyə savadlılığı ayı"na Gəncədə start verib
Tarix: 14.11.2018 | Saat: 15:57:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" adlı hədəfinin icrası ilə əlaqədar "Beynəlxalq Əmanət Günü" və "Maliyyə savadlılığı ayı" çərçivəsində Gəncə şəhərində tələbə-gənclər və təqaüdçülər üçün seminarlar keçirib.

Bankdan hafta.az-a bildiriblər ki, cari il oktyabrın 31-dən noyabrın 2-dək Mərkəzi Bankın Gəncə Regional Mərkəzində təşkil olunmuş bu seminarlarda "Üçüncü bahar" sosial layihə iştirakçıları olan təqaüdçülərə, "ASAN Könüllüləri"nə və Azərbaycan Texnologiya Universitetinin tələbələrinə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az), bank əməliyyatları, kredit, pulun təhlükəsizlik elementləri, nağdsız ödənişlər mövzuları tədris olunub. İştirakçılara mövzulara dair animasiyalar nümayiş etdirilib, müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Seminarlarla yanaşı, "Gəncə Mall" ticarət mərkəzində və Gəncə "ASAN xidmət" mərkəzində təbliğat-təşviqat tədbirləri keçirilib, əhaliyə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilib, müxtəlif maarifləndirici bukletlər paylanıb.

Mərkəzi Bankın təşəbbüsü ilə tələbə-gənclər üçün bu səpkili seminarların, eləcə də əhalinin maliyyə bilikləri və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Rusiyadan gələn Azərbaycan vətəndaşında ov silahı aşkarlanıb
Abşeronda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 145 mənzil təqdim edilib
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək
“Xalqımız bu tarixi hadisə ilə fəxr etməlidir” – Elman Məmmədov
Lənkəran sakinlərindən ov tüfəngləri götürülüb
İbtidai sinif müəllimləri imtahana çəkilir
““Qlobal Terrorizm İndeksi” də göstərir ki, Azərbaycanda çoxtəminatlı sabitlik var” – Millət vəkili
“Psixoloji yardım haqqında” qanun qəbul edilib
“Azərbaycanın “Qlobal Terrorizm İndeksi”ndə mövqeyini daha da yaxşılaşdırması reallığı və ölkəmizin prinsipial mövqeyini əks etdirir” – Vüqar Rəhimzadə
Abşeron gömrük postuna hər hansı təyinat olmayıb - DGK
Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub - Hikmət Hacıyev
Bakıda bağban həyətdən ağ civə və qumbara tapdı