Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
19 karatlıq çəhrayı almaz rekord qiymətə satılıb
Tarix: 14.11.2018 | Saat: 16:29:00
Bölmə:Maraqlı | çapa göndər

“Christie´s” satış evinin Cenevrədə keçirilən növbəti axşam hərracında çəhrayı rəngli almaz 39,1 milyon avroya satılıb.

ərracda təxminən 19 karat çəkidə qiymətli daşın ilk çağırış qiyməti 21 milyon avro idi və almaz alıcılar arasında təklif “savaşına” səbəb olub. Altı dəqiqəlik qiymətləşmədən sonra “Pink Legacy” (Çəhrayı miras) adlı almazın yeni sahibi amerikalı zərgər Harri Vinston olub. Hərrac evinin rüsumları ilə birlikdə almazın ümumi satış qiyməti 44 milyon avro olub.

Bir karatı 2,6 milyon dollara satılan bu almaz hər karatına düşən qiymətə görə dünya rekordu sayılır. Hərrac evinin Avropa üzrə rəhbəri Fransua Kuryel bildirib ki, rənginə görə almaz daşların Leonardo da Vinçisi adlandırılır. Hərrac evinin təmsilçisi 27-44 milyon avro dəyərləndirilən almazın satış qiymətindən məmnunluq ifadə edib. Almazın yeni sahibi ona “The Winston Pink Legacy” adı verib.

Təxminən bir əsr bundan əvvəl Cənubi Afrikada tapılan bu nadir almaz uzun müddət “De Beers” almaz yataqları konserninə rəhbərlik edən Oppenhaymer ailəsinin kolleksiyasında olub. Son dövrlərdə qeyr-adi görünüşlü qiymətli daşlara marağın artması dünya hərraclarında onların qiymətinə ciddi təsir göstərib. 2017-ci ildə Honqkonqda keçirilən hərracda “Pink Star” (Çəhrayı ulduz) adlı almaz 67 milyon avroya, iki il bundan əvvəl hərraca çıxarılan “Blue Moon” (Mavi Ay) isə 51 milyon avroya satılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018