Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir" - Millət vəkili
Tarix: 14.11.2018 | Saat: 15:07:00
Bölmə:Sosial | çapa göndər

Bu gün ölkədə sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir və düşünürəm ki, görülən işlər nəticəsində çatışmazlıqlar aradan qaldırılacaq.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, müharibə veteranları ilə bağlı addımlar atlılmalıdır: "Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onların müdafiəsi istqiamətində addımlar atmalıdır".

S. Novruzov söyləyib ki, əlillərin işə cəlb edilməsində Qarabağ əlilləri əsas götürülməlidir: "Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil edirəm. Onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənləri var ki, onların sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır".

Deputat qeyd edib ki, veteranlara 56 manat müavinət verilir, lakin onlar təqaüdə çıxdıqdan sonra həmin puldan 18 manat tutulur: "Bu müavinət onlara avtobus, qaz, işıqdan pulsuz istifadənin ləğvindən sonra ayrılıb. Bunun təqaüdə nə aidiyyəti var? Məgər təqaüdə çıxanda həmin şəxslər veteranlıqdan çıxırlar?"

Veteranların mənzil şəraitinin yaxşılaşdırılmasına toxunan S.Novruzov söyləyib ki, Əfqanıstan veteranları burada da kənarda qalmamalıdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018