Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan pambıq istehsalı həcminə görə dünyada ilk onluğa daxil ola bilər - EKSPERT
Tarix: 15.11.2018 | Saat: 11:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatı sahəsində canlanmaya səbəb olub. Bu gün kənd təsərrüfatının ayrı-ayrı sektorlarında olduğu kimi, pambıqçılıq sahəsində də irəliləyişlər müşahidə edilir. Məhz ölkə Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində atrıq “ağ qızıl” əvvəlki şöhtətini bərpa etməkdədir. 

Belə ki, bu məqsədlə əlaqədar dövlət orqanlarının və pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, pambığın tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulub. Həmçinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi, “Pambıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə, həmçinin aqrar sahənin və pambıqçılığın inkişafı ilə bağlı dövlətimizin rəhbərinin imzaladığı Fərman və sərəncamlar bu sahənin davamlı inkişaf etdirilməsinə ciddi təkan verib. Ölkə başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2017-ci il 13 iyul tarixli Sərəncamı sözügedən sahənin prioritetliyini bir daha təsdiqləyib.
Eyni zamanda, Prezident İlham Əliyev bu ilin mart ayında Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində bildirib ki, ötən əsrin 70-80-ci illərində respublikamızda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq, demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət-AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz, demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı”.

Ölkə başçısının qeyd etdiyi kimi, son iki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb. Məhz görülən işlərin nəticəsidir ki, iki il ərzində pambıq yığımı altı dəfə artıb. Sahibkarlara güzəştli kreditlərin, subsidiyaların verilməsi, son illərdə irimiqyaslı meliorativ tədbirlərin görülməsi, nəhəng infrastruktur layihələrinin gerçəkləşdirilməsi, dövlət xətti ilə 500-ə yaxın pambıqyığan kombaynın, əlavə texnikanın alınması və digər kompleks tədbirlərin görülməsi, bu sahənin inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması pambıqçılığın inkişafına böyük töhfələr verib. Rəqəmlərə diqqət etsək görərik ki, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilib və cəmi 35 min ton pambıq tədarük edilib. 2016-2017-ci illərdə pambıqçılıqla bağlı müşavirələrin keçirilməsi, 2017-ci ildə bu strateji sahənin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsi qısa müddətdə böyük dəyişikliklərə səbəb oldu. İki il ərzində respublikamızda pambığın tədarükü 35 min tondan 207 min tona çatdırıldı. Belə ki, rəsmi statistik məlumatlara görə 2018-ci il yanvarın 16-dək qəbul məntəqələrinə 207 min 395 ton pambıq təhvil verilib. Bu ilin noyabrın 6-dək isə ölkə üzrə pambıq qəbulu məntəqələrinə 201 min 212 ton məhsul təhvil verilib. Yəni, ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz və ya 34 min 490 ton çox pambıq tədarük olunub.
Ümumilikdə, 2018-ci ildə Azərbaycanın 22 bölgəsində 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.
Pambıq tədarükündə irəlidə olan rayonlara Saatlı (15 min 815 hektardan 26 min 663 ton), Bərdə (9 min 630 hektardan 21 min 517 ton), Ağcabədi (10 min hektardan 20 min 906 ton), Biləsuvar (12 min hektardan 18 min 988 ton) və Beyləqan (9 min 560 hektardan 18 min 793 ton) daxildir. Məhsul yığımı davam edir.
Qeyd edək ki, dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, pambığın kiloqramının 65 qəpiyə qaldırılması, hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir. Digər tərəfdən Bu gün respublikamızda pambıqçılığın inkişaf etdirilməsi emal sənayesinin yüksəlişinə böyük təkan verib. Qeyd edək ki, bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlayıb. Həmin müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bu sahədəki dövlət siyasəti kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın digər sektorlarının da inkişafı üçün əlverişli zəmin yaradıb. Onun fikrincə, Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər: “Son illər pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin gücləndirilməsi məhsul istehsalının kəskin artmasına səbəb olub. Post-neft dövründə kənd təsərrüfatında ənənəvi sahələrin dəstəklənməsi yeni iş yerlərinin yaradılmasına səbəb olmaqla, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə gətirib çıxarıb. Məsələn, 2017-ci ildə 207 min ton pambıq istehsal olunub ki, bu da 2015-ci illə müqayisədə 6 dəfə çoxdur. Belə ki, 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq istehsal olunmuşdu. Məlumat üçün qeyd edim ki, müstəqillik illərində pambığın dünya bazarında qiymətinin dəyişməsinə diqqət yetirsək, yalnız 2001-ci ildə pambığın 1 paundu 47 sentə düşüb. 2011-ci ildə isə pambığın 1 paundu 1,58 dollaradək yüksəlib. Son illər isə orta göstərici 80-90 sent arasında dəyişib. Bu o deməkdir ki, Azərbaycan pambığı xam mal və eləcə də emal edərək satışa çıxarsa, mövcud istehsalı nəzərə alsaq, sözügedən məhsulun ixracı ölkəyə təxminən 200 milyon dollardan çox vəsaitin daxil olmasına imkan verəcək. Bu sahənin inkişafı həm də ona görə lazımdır ki, pambıqçılıq yüngül sənaye üçün xammaldır. Pambıqçılığın dirçəldilməsi yüngül sənayenin də inkişafına səbəb olacaq, həmçinin emal sektorunda da yeni iş yerlərinin yaradılması ilə nəticələnəcək”.

Ekspert vurğulayıb ki, pambığın xammal formasında deyil, emal edilərək ixrac olunması daha məqsədəuyğundur: “Bu, həm də iqtisadi diversifikasiya baxımından vacibdir. İxrac məhsullarının sayı artır, iqtisadiyyat diversifikasiya olunur. Azərbaycanda yüngül sənaye məhsullarına tələbat kifayət qədər yüksəkdir. Çünki biz xaricdən, xüsusilə geyim və yüngül sənaye məhsullarını idxal edirik. Pambıqçılığın həm də emaledici istiqamətdə formalaşması idxalın azalmasına gətirib çıxaracaq. Bununla bir sıra tələb olan məhsulları yerli istehsal hesabına ödəmək mümkün olacaq. Rəsmi statistikaya əsasən, illik yüngül sənaye məhsullarının idxalına 400 milyon dollardan çox vəsait xərcləyirik. Amma pambıqçılıqla bağlı emal sektorunun inkişaf etdirilməsi həm idxaldan asılılığın aradan qaldırılmasına, həm yeni iş yerlərinin açılmasına, həm də valyutanın ölkə daxilində qalmasına şərait yaradacaq. Bu baxımdan məqsədəuyğundur ki, pambıqdan yalnız xammal kimi deyil, yeni istehsal sektorlarını inkişaf etdirməklə, həm də məhsul əldə olunsun. Emal prosesinin bərpası həm pambıqçılığın inkişaf etdirilməsinə, həm də yerli istehsalın artırılması hesabına idxaldan asılılığın azaldılmasına səbəb olacaq".
Onun sözlərinə görə, pambıq istehsalının artırılması yaxın illərdə bu sahədə 300 minə yaxın insanın işlə təmin olunmasına imkan verəcək: “Bu sahədə artıq 200 minə yaxın iş yeri yaradılıb. Pambıqçılığın inkişafı gələcəkdə bu sahədə daha çox vətəndaşın çalışmasına imkan yaradacaq. Bu, regionlarda işsizlik səviyyəsinin azaldılmasına səbəb olmaqla yanaşı, həmçinin daha çox gəlirin əldə edilməsi baxımdan da vacibdir. İlkin qiymətləndirilmələr göstərir ki, pambıq istehsalının artırılması yaxın illərdə bu sahədə 300 minə yaxın insanın işlə təmin olunmasına imkan verəcək”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018