Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lavrovu Putinin yanına buraxmadılar - GÜNÜN TƏZADLARI
Tarix: 14.11.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin mətbuat katibi Dmitri Peskov Sinqapurda gözlənilməz halla rastlaşdıar. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, onlar Rusiya Prezidenti Vladimir Putinin sinqapurlu həmkarı ilə ASEAN sammiti çərçivəsində keçirdiyi görüşə buraxılmayıb. “Ruptly” agentliyinin yaydığı videodan görünür ki, təhlükəsizlik xidmətinin əməkdaşları və sammit personalı Rusiya nümayəndə heyətinin üzvləri qarşısında danışıqların keçirildiyi salonun qapılarını bağlayırlar.


Sumqayıtda oğru nəzarət kamerasına peçenye “təklif etdi”


Sumqayıt şəhərində yerləşən "Tourist Travel Company" turizm şirkətində oğurluq hadisəsi baş verdi. Hafta.az Musavat.com-a istinadla yazır ki, oğurluq hadisəsi anbaan ofisin nəzarət kameraları tərəfindən lentə alınıb. Şirkətin direktoru Pərvanə Ağayeva BAKU.WS-ə açıqlamasında bildirib ki, ofisi ələk-vələk edən 2 nəfər naməlum şəxs noutbuk, telefonlar və suvenirlər oğurlayıb. Bu azmış kimi, oğrulardan biri nəzarət kamerasına baxaraq ofisdə tapıb-yediyi peçenye də "təklif edərək”, “Peçenye yemək istəyirsiniz?” soruşub.
Şirkət rəhbəri sözügedən hadisə ilə bağlı, artıq Sumqayıt Baş Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
Fakt araşdırılır.


Azərbaycanlı alimlər qeyri-adi qurğular icad etdilər


Alimlərimiz elektrik enerjisini qənaətlə istehsal edən qurğu ixtira etdilər. Hafta.az-ın “Dəyərlər” nəşrinə istinadla verdiyi xəbərdə deyilir: “Elektrik enerjisi faydalı iş əmsalını artırır, elektromaqnit sahəsinin hesabına daha çox enerji istehsal edir. Nəticədə isə elektrik enerjisinə 70 faizə yaxın qənaət etmək olur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi-Tədqiqat İnstitutunun Elm və İxtiraçılıq Mərkəzinin rəhbəri Valeh Arifzadənin müəllifi olduğu "Wattbooster” sırf elektrik elektrik enerjisinə qənaət etmək üçün nəzərdə tutulub. Bu ixtiranı təkmilləşdirməklə sənayenin müxtəlif sahələrinə tətbiq etmək mümkündür. Artıq layihə ölkədə fəaliyyət göstərən mobil operatorlardan biri tərəfindən dəstəklənib və maliyyələşdirilir.
Azərbaycanlı ixtiraçılar tərəfindən təqdim edilən digər bir maraqlı layihə isə "safee" adlı ixtiradır. Bu ixtira, əsasən, axşam vaxtı təhlükəsiz şəkildə, velosiped sürmək üçün dizayn edilib. Cihaz təhlükəsizlik işarələrini velosiped sürücüsünün bel nahiyəsinə əks etdirir. Nadir cihaz istehsal olunduğu ilk gündən dünya mediasında böyük maraq doğurub. Belə ki, “BBC”, “Mirror”, “Yahoo” və digər media qurumlarında layihə haqqında məqalələr dərc edilib və o, bir neçə qlobal mükafata layiq görülüb. Yaxın gələcəkdə kütləvi istehsalına başlanılacaq bu cihaz üçün bir sıra ölkələrdən yüzlərlə sifariş daxil olub.
Qeyd edək ki, hər iki layihə noyabrın 13-də Prezident İlham Əliyevə təqdim edilib və bəyənilib.


Ukrayna futbolçusu Müslüm Maqomayevin mahnısını oxudu


Ukrayna milli komandasının və Donetsk "Şaxtyor"unun futbolçusu Sergey Krivtsov Azərbaycanın əfsanəvi müğənnisi və bəstəkarı Müslüm Maqomayevin "Mavi əbədiyyət" ("Sinyaya veçnost") mahnısını ifa etdi. Hafta.az “Report”a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi məşhur musiqini yığmanın UEFA Millətlər Liqasında qrup qalibi adını vaxtından əvvəl qazanaraq, elit diviziona və "play-off"a vəsiqə qazanması şərəfinə səsləndirib. Bu münasibətlə təşkil olunmuş gecədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko və baş məşqçi Andrey Şevçenko da iştirak edib. Krivtsovun komandaya dəstək məqsədilə oxuduğu mahnı gur alqışlarla qarşılanıb.


Futbolçu azarkeşlərin sayəsində “xərçəng” xəstəliyindən qurtuldu


Yaponiyanın 2-ci liqa klublarından olan "Albireks Niiqata”nın futbolçusu Fumiya Hayakava azarkeşlərin sayəsində sağlığına qovuşdu. Hafta.az Unikal.org-az istinadla xəbər verir ki, klubun rəsmi saytından verilən açıqlamada, 2017-ci ildən ağ qan xərçəngindən əziyyət çəkən 28 yaşlı futbolçunun sağalma dövründə olduğu bildirilib. Açıqlamada, klubun azarkeşlərinin yaratdığı fondla bağlı da məlumat verilib. Belə ki, azarkeşlər futbolçunun müalicəsi üçün pul toplamağa başlayıblar. Müalicə dövründə 27 milyon Yaponiya pulu - yeni toplamağa müvəffəq olan azarkeşlər, sevimli futbolçularının sağalmasında böyük pay sahibi olublar.


Balakəndə 47 yaşlı kişi sərxoşluq ucbatından yıxılıb öldü


Qusarda sərxoş şəxs yıxılıb ölüb. Trend-in məlumatına görə, Qusar rayonunda yaşayan Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Balaşov Rasim Əbulferzoviçin meyiti yaşadığı evdən tapılıb. Müəyyən edilib ki, Qusar rayon bazarında qəssab işləyən R.Balaşov axşam saatlarında alkoqol qəbul edərək sərxoş vəziyyətdə evinin pilləkənindən yıxılıb və başı beton döşəməyə dəyib. Nəticədə o, hadisə yerində ölüb. Meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018