Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məcburi köçkün və şəhid ailələrinin məskunlaşdıqları yataqxana qəzalı vəziyyətdədir - REPORTAJ
Tarix: 14.11.2018 | Saat: 19:40:00
Bölmə:Reportaj | çapa göndər

Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Bakı şəhər 101 saylı Texniki Peşə Liseyinin yataqxanasında məskunlaşan bir qrup məcburi köçkün “Həftə içi”nə müraciət edərək, dözülməz şəraitdə yaşadıqlarını bildirdi. Köçkünlərin müraciəti ilə bağlı həmin ünvanda olduq. Beşmərtəbəli yataqxana binası baxımsızlıqdan yararsız hala düşüb. 

Füzuli rayon köçkünü Nəsimi İsmayılov bildirdi ki, yaxınlıqda fəaliyyət göstərən “Səda” Şadlıq Sarayının kanalizasiya suları həyətə axır: «Antisanitariya şəraitində yaşayırıq. Binanın bütün mərtəbələrində kanalizasiya və su xətləri işləmədiyindən, məcbur olub hərə yataqxananın çöl divarı ilə mənzilinə kanalizasiya və su xətti çəkiblər, bu da standartlara cavab vermir. Çünki mənzillərin çirkab suları binanın həyətinə və zirzəmisinə axır. Zirzəmi çirkab sularla dolduğundan, binanın özülünü yuyub onu qəzalı vəziyyətə salıb. Bu səbəbdən, binanın divarlarında dərin çatlar əmələ gəlib”.


Ceylim Allahverənova Laçın rayonundan köçkün düşdüyünü və şəhid ailəsi olduğunu söylədi. Onun sözlərinə görə, həyat yoldaşı Qaçay Allahverənov Qarabağ döyüşlərində şəhid olub: «3 nəfər ailə üzvümlə birinci mərtəbədə kiçik bir otaqda qalırıq. İkinci mərtəbədən çirkab kanalizasiya suları mənzilimizə axır. Hər tərəf su içindədir. Elektrik sobasını hər gün yanılı qoyuram ki, otağın divarlarını qurutsun. Binanın istilik sistemi yoxdur, mavi yanacaq isə verilmir. Ümidimiz ancaq işığadır. Bəzən işıqlar da keçir. Qış aylarında beton divarlar arasında buz bağlayırıq. Yaşayış tərzimizlə bağlı “Dövlətqaçqınkom”un sədri Rövşən Rzayevin qəbulunda oldum. Bizə ərizə yazdırıb dedilər ki, sizi qısa bir zamanda evlə təmin edəcəyik. Hətta “Qaçqınkom”un sədri söz də verdi ki, birinci şəhid ailəsinə ev verilməlidir və sizi evlə təmin etmək bizim borcumuzdur. Siz mütləq evlə təmin olunacaqsınız. Eyni zamanda, Laçın Rayon İcra Hakimiyyətinə getdim. Məni RİH-in məsul işçisi Aynurə xanım qəbul elədi. O da dedi ki, narahat olmayın, sizə köməklik göstəriləcək. Aradan 5 aydan artıq vaxt keçib, hələ də buradayıq”.
Füzuli köçkünü, şəhid anası Çinar Əliyeva oğlu Ceyhun Əzizovun Füzulinin Qəcər kəndinin müdafiəsi zamanl qəhrəmanlıqla həlak oluduğunu dedi. Onun sözlərinə görə, 6 nəfər ailə üzvü ilə bir otaqda qalırlar: “25 ildir burada zülm çəkirik. Binanın 3-cü mərtəbəsində 25 ailə yaşayır. 25 ailə üçün bir ayaqyolu var. Paltarlarımızı yumaq və yuyunmaq üçün şərait yoxdur”.


70 yaşlı Füzuli köçkünü Mahirə Balakişiyeva 3-cü mərtəbədə 7 nəfərlə bir otaqda qaldığını dedi: “Su xətti olmadığından 3-cü mərtəbəyə içməli suyu həyətdən vedrə ilə daşıyırıq. Oğlum Kamil Əsgərov Qarabağ əlilidir. Kəşfiyyat zamanı erməni əsgərini girov götürüb. Göstərdiyi şücaətə görə Ulu Öndər Heydər Əliyev onu “İgidliyə görə” ordeni ilə təltif edib.
2003-cü ildə prezident İlham Əliyev oğluma orden verib. Təəssüflər olsun ki, oğlumun problemləri bu günə kimi öz həllini tapmayıb. Hələ də müharibədən onun bədənindəki üç güllə qəlpəsi yadigar qalıb. Ürək nahiyəsində olan qəlpə onu incidir, həkimlər deyirlər ki, bu, çox təhlükəlidir, əməliyyat olunmalıdır. Ona da maddi imkanımız yoxdur”.
Kəlbəcər köçkünü Nadya Paşayevanın yaşayış tərzi olduqca acınacaqlı durumdadır. Çünki onun oğlu Eldəniz Paşayev 1-ci qrup əlilildir, həm də ruhi xəstədir, həyat yoldaşı 2-ci qrup əlildir. Birotaqlı şəraiti olmayan mənzildə yaşayırlar. Nadya xanım şikayətləndi ki, xəstələrlə şəraitsiz bir otaqda qalmaq olmur.
Məcburi köçkün və şəhid ailələri qısa zamanda mənzillərlə təmin olunmalarını, bu cür vəziyyətin tezliklə sona çatmasını istəyirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018