Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - Sevinc Fətəliyeva
Tarix: 15.11.2018 | Saat: 11:20:00
Bölmə:Müsahibə | çapa göndər

The London Post, Böyük Britaniya
15.11.2018

Müəllif: Şahid Qureşi

Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Böyük Britaniya parlamentində təşkil olunmuş Ümumdünya Qadınlar Konfransında iştirak etmək üçün Londona səfər edib. Bu konfransda parlamentarilər qadın liderlərin fəaliyyətinin gücləndirilməsi, qadın parlamentarilərin öz parlamentlərində mümkün qədər səmərəli və nüfuzlu olmalarının yolları haqqında müzakirələr aparıblar.

- Konfrans haqqında məlumat verərdiniz...

- Konfrans iştirakçıları hazırda bütün qadın parlamentarilərin üzləşdiyi, mübarizə apardığı problemləri müzakirə edir: siyasətdə qadın olmaq nə deməkdir, bu yolda olan maneələri necə dəf etmək lazımdır, səmərəliliyi necə artırmaq olar, qadınların siyasətdə daha çox təmsil olunmasını necə təmin etmək mümkündür və sair.

Həmçinin konfransda qızların təhsili, qadınlara qarşı zorakılıq, qadınların iqtisadi müstəqilliyi və ailə-siyasi karyera məsələlərini müzakirə etdik. Bu konfrans dünyanın bütün qitələrindən, müxtəlif dinlərindən, mədəniyyətlərdən, haqlarını müxtəlif yollarla əldə edən, lakin eyni dəyərləri və bənzər çətinlikləri paylaşan qadınları birləşdirib.

- Konfransda öyrəndiklərinizi Azərbaycanda istifadə edəcəksinizmi?

- Bütün dünyada qadınlar hər zaman siyasətdə daha çox təmsil olunmaq, ümumiyyətlə, bərabər hüquqlar uğrunda mübarizə aparır. Bu il Azərbaycanda qadınların seçmək və seçilmək hüququnu əldə etməsinin 100-cü ildönümünü qeyd edirik. Odur ki, ölkəmizdə qadın hüquqları mövzusu uğur hekayəsi hesab oluna bilər.

Amma digər ölkələrin təcrübəsi də çox qiymətlidir. Konfransdakı bütün müzakirələrin ana xətti ondan ibarət idi ki, coğrafi məkan və milliyyətindən asılı olmayaraq, qadınlar özlərinə daha çox inanmalıdırlar. Biz ailəsi olan qadınların da özlərini kişilər qədər işə həsr edə biləcəklərini sübut etmək ehtiyacı duyuruq. Daha çox etimada, gender ayrı-seçkiliyini aradan qaldırmağa ehtiyac var.

- Britaniyalı qadın deputatların siyasətdəki mövqeyi haqqında nə düşünürsünüz?

- Hesab edirəm ki, britaniyalı qadın deputatlar bərabər hüquqlar uğrunda mübarizəyə çox sadiqdirlər. Onlar həm uğurlu siyasətçi, həm də ana kimi gözəl nümunədirlər.

- Bəs Azərbaycan siyasətində gender balansı necədir?

- Ölkəmizdə qadın hüquqlarının bizim üçün dəyərli olan uzun tarixi irsi var. O, qorunur və gündən-günə inkişaf etdirilir. 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövrü qabaqlayan çox mütərəqqi qərar vermişdi – müsəlman Şərqində ilk dəfə qadınlar da kişilərlə bərabər seçmək və seçilmək hüququ qazanmışdılar.

Ənənəvi olaraq qadınlar təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində daha çox təmsil olunur. Lakin bu gün dövlət dəstəyi sayəsində qadın məmurların, hüquq-mühafizə orqanı işçilərinin, siyasətçilərin və ictimai xadimlərin sayı artmaqdadır. Ölkəmizin birinci vitse-prezidenti qadındır, qadın deputatların sayı hər seçkidə daha da çoxalır. Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur. Qadın hüquqları Konstitusiyada təsbit olunub və dövlət siyasətində əksini tapıb. Odur ki, bizim sadəcə, qadınların arzularına ehtiyacımız var.

İngilis dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019