Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qazaxıstanın yeni prezidenti kim olacaq?
Tarix: 15.11.2018 | Saat: 12:08:00
Bölmə:Maraqlı | çapa göndər

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 78 yaşı oldu. Bu səbəbdən də növbəti seçkilərdə onun yerini kimin tutacağına dair fərqli fikirlər ortaya çıxmağa başlayıb.

Hafta.az "The Diplomat" xəbər portalına istinadən yazır ki, Nazarbayevdən sonra prezident postu üçün ən potensial namizədlər Senat sədri Qasımcomart Tokayev, Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, səfir İmangali Tasmagambetov, prezidentin öz qızı Dariga Nazarbayeva və hətta kürəkəni Timur Kulibayevdir.

Namizədlərlə qısaca tanış olaq:

Qasımcomart Tokayev namizədlər siyahısında ən şanslı olandır. Senat sədri olan Tokayev indiki qazax iqtidarı piramidasında da prezidentdən sonra ikinci ali şəxsdir. Hətta konstitusiyaya əsasən, prezidentə bir şey olarsa, avtomatik onun səlahiyyətləri məhz senatın sədrinə - Tokayevə keçir.

Tokayev il olaraq 1992-ci ildə prezident Nazarbayevin ofisində çalışmağa başlayıb. Onun həm ölkədə, həm də xaricdə çox əhəmiyyətli ictimai xidmətləri olub. Ancaq Tokayevin bir neçə xüsusiyyəti liderlik imkanlarını azaldır. Birincisi daxili siyasətdə uğursuzluqları liderlik yolunu bağlayır, ikincisi, o, artıq 65 yaşındadır və ona görə də uzun vədəli rəhbərlik şansı azalır. 

İkinci şanslı namizəd Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimovdur. O, həm Nazarbayev ailəsinə sədaqəti, həm də Qazaxıstanın gələcək inkişafı üçün ən vacib hesab edilən sahələrdə geniş məlumat bazasına sahibdir. Ancaq onun ölkə başçısı olma şansını azaldacaq yeganə səbəb milliyətcə uyğur olmasıdır. 

Üçüncü namizəd İmangali Tasmagambetovun da prezident olma şansı yüksəkdir. 2002-2003-cü illər arasında baş nazir və daha sonra dövlət katibi işləyib. 2004-cü ildə Prezident Admnistrasiyasının rəhbəri təyin olunub. Tasmagambetov həmişə Nazarbayev ailəsinə yaxınlığı və hökumətdə fəal rol oynaması ilə seçilib. Ancaq 2016-cı ildə səfir postuna təyin olunması, onun barəsində müxtəlif fikirlərin ortaya çıxması ilə nəticələnib.

 

Bu yerdə qeyd edək ki, mövcud konstitusiyaya əsasən, son 15 il ərzində davamlı şəkildə ölkədə yaşamayan şəxslər prezident seçilə bilməzlər. 

Prezidentin böyük qızı Dariga Nazarbayevanın dövlət başçısı olma şansı zəif qiymətləndirilir. Ona şanssızlıq gətirən cəhətlər idarəetmədə uğursuz olmasıdır. Məsələn, Dariga bir ara Senata sədr seçildi, amma işlərində irəli gedə bilmədi. Bu da onun prezident olmasının mümkünsüzlüyünün işarəsi kimi qiymətləndirilir. Həm də dariga qadındır. Düzdür, qonşu Qırğızstanda Roza Otunbayeva prezident seçilib, amma Dariganın bu müstəvidə atasından dəstək ala biləcəyi çox da inandırıcı görünmür. 

Daha bir namizəd prezidentin ortancıl qızı Dinaranın həyat yoldaşı Timur Kulibayevdir. Yaxşı təhsil almasına və idarəetmə təcrübəsinə malik olmasına baxmayaraq, Kulibayevin şəxsi həyatındakı qeyri-müəyyənlik karyerasına mane ola bilər.

Qeyd edək ki, onun çox varlı iş qadını, həm də olduqca gözəl olan Goga Aşkenazi ilə münasibətlərinin olması haqda bir ara söz-söhbətlər çıxmışdı. 

Qazaxıstanlı siyasi şərhçi Dosim Satpayev Nursultan Nazarbayevin, çox güman ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmayacağını bildirmişdi. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Rusiyadan gələn Azərbaycan vətəndaşında ov silahı aşkarlanıb
“Ermənistan yeni sosial partlayışa hamilədir” – Bəhruz Quliyev
Abşeronda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 145 mənzil təqdim edilib
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək
“Xalqımız bu tarixi hadisə ilə fəxr etməlidir” – Elman Məmmədov
Lənkəran sakinlərindən ov tüfəngləri götürülüb
İbtidai sinif müəllimləri imtahana çəkilir
““Qlobal Terrorizm İndeksi” də göstərir ki, Azərbaycanda çoxtəminatlı sabitlik var” – Millət vəkili
“Psixoloji yardım haqqında” qanun qəbul edilib
“Azərbaycanın “Qlobal Terrorizm İndeksi”ndə mövqeyini daha da yaxşılaşdırması reallığı və ölkəmizin prinsipial mövqeyini əks etdirir” – Vüqar Rəhimzadə
Abşeron gömrük postuna hər hansı təyinat olmayıb - DGK
Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub - Hikmət Hacıyev
Bakıda bağban həyətdən ağ civə və qumbara tapdı