Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ABŞ və Avropadakı erməni lobbisi Lukaşenkonu sanksiyalarla hədələyir
Tarix: 15.11.2018 | Saat: 13:56:00
Bölmə:Siyasət | çapa göndər

Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçirilən toplantısında Ermənistanın namizədinin baş katib postuna təsdiqlənməməsi İrəvanın siyasi dairələrində ciddi narahatlıq yaradıb. Seçkilər ərəfəsində Nikol Paşinyan Azərbaycanın həyata keçirtdiyi uğurlu xarici siyasət nəticəsində aldığı ağır diplomatik məğlubiyyətlərin əvəzini şantaj yolu ilə çıxmağa çalışır.

Xüsusilə də hədəfdə iki dövlət var - Belarus və Qazaxıstan. Astana sammitində Belarusun da baş katib postuna iddia etməsi, Lukaşenkonun bu məsələdə prinsipial mövqeyi isə İrəvanın bütün oxlarını Minskə qarşı çevirib. 

Hafta.az-ın məlumatına görə, Paşinyana yaxınlığı ilə seçilən erməni ekspert Vladimir Poqosyan məlum məsələ ilə bağlı Belarusu açıq hədəf halına gətirməyə çalışan bəyanatlar səsləndirib. Onun sözlərinə görə, Belarus Azərbaycanı dəstəkləməklə həm də GUAM-a doğru üz tutur. Hansı ki, bu təşkilat vaxtilə Rusiyaya qarşı yaradılmışdı və ona rəhbərliyi Ukrayna edir:

"Belarus həm də Minsk Qrupunun üzvüdür. Ona görə də, ya neytral mövqe ortaya qoymalı, ya da bu formatdan çəkilməlidir. Məndə olan məlumata görə, artıq ABŞ və Avropadakı erməni lobbisi təsir imkanlarını səfərbər etməyə başlayıb. Belarus bu mövqeyinə görə, ciddi iqtisadi nəticələrlə üz-üzə qalacaq. Nümayəndələr Palatasına son seçkilərdə tək Demokratlar Partiyasından erməni lobbisinə bağlı 75 namizədin qələbə qazandığını nəzərə alsaq, Belarus mümkün nəticələr barədə fikirləşməlidir. Avropadakı erməni diasporunun da güclü təsir imkanları mövcuddur".
Poqosyan Rusiyanı da Ermənistanla müttəfiqliyini yadına salmağa çağırır. Təşkilatın baş katibinə cinayət işi açmaqla onu həbsə ataraq KTMT-yə ağır zərbə vurulduğunu unudan erməni eksper indiki durumun təşkilatın imicinə nə dərəcədə zərərli olduğunu Rusiyaya bir daha xatırladır: "Qazaxıstan da, hər dəfə Azərbaycanın maraqlarını müdafiə edərək Ermənistanı sanki görməməzlikdən gəlir. Ermənistan hər dəfə özünü müdafiə etmək məcburiyətindədir. Kimsə Ermənistanın KTMT çərçivəsində heç bir işə yaramadağı təsəvvürünü formalaşdırmağa çalışır. Bu təsəvvür sanki Rusiya ilə paslaşaraq formalaşdırılır. Artıq belə informasiyalar dövriyyəyə buraxılıb. "Erməni cəmiyyətində də artıq narazılıq var. Bu Ermənistanın iqtisadi birlikdəki varlığını da sual altında qoyur".
Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - Siyahı
İlham Əliyev Ərdoğana başsağlığı verib
Piyadanı avtomobil vurub öldürdü
Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq