Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək
Tarix: 16.11.2018 | Saat: 11:24:00
Bölmə:Mədəniyyət | çapa göndər

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək.

Bu barədə hafta.az-a fonddan məlumat verilib.

Bildirilib ki, noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək. Layihə Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və iki ölkə arasında mədəni-ədəbi əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

Festival çərçivəsində Moskva Beynəlxalq Əlaqələr İnstitutunda İmadəddin Nəsiminin büstünün açılış mərasimi keçiriləcək. Açılış zamanı Nəsimi poeziyasından müxtəlif nümunələr də səsləndiriləcək.

Festival zamanı, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi yaradıcılığına həsr olunan tədbir keçiriləcək. Çıxışlarda İmadəddin Nəsiminin Azərbaycan poeziyasının inkişafında oynadığı roldan, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi töhfədən bəhs olunacaq. Tədbirdə MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə səsləndirəcək, həmçinin Azərbaycandan olan aktyorların ifasında “Mərhəba” musiqili-poetik tamaşası təqdim ediləcək.

Festival noyabrın 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi irsinə həsr olunan konfransla davam edəcək. Tədbirdə “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiya təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərq və Qərbin mədəni birliyi”, “Nəsiminin dili – dünən, bu gün, sabah” və digər mövzularda məruzələr ediləcək. Konfransda Nəsimi yaradıcılığını, şairin ədəbi-fəlsəfi irsini müxtəlif aspektlərdən təhlil edən çıxışlarla yanaşı, müasir gəncliyin mənəviyyatı, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına dair müzakirələr də aparılacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı təşkil olunub. Layihə çərçivəsində həm şairin doğulduğu Şamaxı şəhərində, həm də Bakıda müxtəlif sənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, eləcə də mühazirə, simpozium və seminarlar təşkil olunub. Dörd gün davam edən festivalda Nəsimi yaradıcılığının tərənnümü ilə yanaşı, şeir və sənətin yaşadılması, müxtəlif müstəvilərdə və formatlarda təqdimatları ilə yadda qalıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Rusiyadan gələn Azərbaycan vətəndaşında ov silahı aşkarlanıb
Abşeronda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 145 mənzil təqdim edilib
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək
“Xalqımız bu tarixi hadisə ilə fəxr etməlidir” – Elman Məmmədov
Lənkəran sakinlərindən ov tüfəngləri götürülüb
İbtidai sinif müəllimləri imtahana çəkilir
““Qlobal Terrorizm İndeksi” də göstərir ki, Azərbaycanda çoxtəminatlı sabitlik var” – Millət vəkili
“Psixoloji yardım haqqında” qanun qəbul edilib
“Azərbaycanın “Qlobal Terrorizm İndeksi”ndə mövqeyini daha da yaxşılaşdırması reallığı və ölkəmizin prinsipial mövqeyini əks etdirir” – Vüqar Rəhimzadə
Abşeron gömrük postuna hər hansı təyinat olmayıb - DGK
Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub - Hikmət Hacıyev
Bakıda bağban həyətdən ağ civə və qumbara tapdı