Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub
Tarix: 16.11.2018 | Saat: 13:29:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Sosial Müdafiə və İş Yerlərinin Diaqnostikası (Job Diagnostics) üzrə missiyası ilə görüş olub.

Hafta.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətində əhalinin məşğulluq imkanlarının artırılmasının mühüm yer tutduğunu vurğulayıb. Bu istiqamətdə əldə olunan nailiyyətləri qeyd edən nazir müavini dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” barədə məlumat verib. O, yeni Məşğulluq Strategiyasının ölkəmizdə insan kapitalının inkişafında, məşğulluğun və layiqli əməyin təminatında növbəti mühüm addımların atılmasına imkan yaradacağını diqqətə çatdırıb.

M.Kərimli nazirliklə Dünya Bankının birgə layihələrindən bəhs edib, əmək, məşğulluq, sosial müdafiə sahələrinin təkmilləşdirilməsində müsbət əməkdaşlıq təcrübəsinin olduğunu deyib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Hassan Naqvi və proqram rəhbəri Lire Ersado missiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə gördüyü işləri məmnunluqla qeyd edib. Missiyanın bu dəfəki səfərinin məqsədinin də əmək bazarında tələb və təkliflə bağlı məlumatların toplanması, ölkədə özəl sektorun əmək tələbatını müəyyən edən faktorlar üzrə məlumatların əldə olunması üçün məsləhətləşmələrin həyata keçirilməsi olduğu bildirilib.

Görüşdə Azərbaycanda iş yerlərinin diaqnostik tədqiqatı və məşğulluq sahəsində əldə olunan nəticələri ilə bağlı sənədin hazırlanmasının yekunlaşdırılması, ölkəmizin yeni məşğulluq strategiyası üzrə tədbirlər planının hazırlanmasına texniki dəstəyin təmin olunması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Rusiyadan gələn Azərbaycan vətəndaşında ov silahı aşkarlanıb
"Azərpoçt"un filialından seyf oğurlanıb
Sabah yağış yağacaq - Proqnoz
NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəlib
“Ermənistan yeni sosial partlayışa hamilədir” – Bəhruz Quliyev
Abşeronda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 145 mənzil təqdim edilib
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək
“Ermənistan təyyarələri sərhədimizi pozan kimi vurulmalı idi”- Deputat
“Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var” – Aqil Abbas
“Xalqımız bu tarixi hadisə ilə fəxr etməlidir” – Elman Məmmədov
Lənkəran sakinlərindən ov tüfəngləri götürülüb
İbtidai sinif müəllimləri imtahana çəkilir
““Qlobal Terrorizm İndeksi” də göstərir ki, Azərbaycanda çoxtəminatlı sabitlik var” – Millət vəkili
“Psixoloji yardım haqqında” qanun qəbul edilib
“Azərbaycanın “Qlobal Terrorizm İndeksi”ndə mövqeyini daha da yaxşılaşdırması reallığı və ölkəmizin prinsipial mövqeyini əks etdirir” – Vüqar Rəhimzadə
Abşeron gömrük postuna hər hansı təyinat olmayıb - DGK