Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda və İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb
Tarix: 16.11.2018 | Saat: 15:05:00
Bölmə:Gündəm | çapa göndər

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 14-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində dəniz sahilində yerləşən vətəgədə keçirilmiş reydlər nəticəsində 1 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Hövsan qəsəbəsinin sakini olan Emil Abdulrəhimovdan bu zaman hisə verilmiş 28 ədəd kütüm, 2 ədəd adi siynək və qaxac edilmiş 5 kütüm balığı maddi sübut kimi götürülüb. Araşdırma zamanı bu şəxsin Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsiz (lisenziyasız), kustar üsulla, antisanitariya şəraitində hisə verilmiş balıq hazırladığı, özünün isə sərxoş vəziyyətdə olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxslə aparılan profilaktiki söhbətlər zamanı onun belə özfəaliyyətinin nəinki qeyri-qanuni olduğu, həmçinin aşkar antisanitar vəziyyətdə, heç bir müvafiq norma və standartlara əməl edilmədən hazırlanmış hisə verilmiş balıq və balıq məmulatlarının insan insan orqanizmi üçün çox zərərli, sağlamlığı üçün təhlükəli olduğu, bu cür qanunsuz fəaliyyətin hüquqi məsuliyyət doğurduğu nəzərinə çatdırılıb.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə- sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda barkonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına qarşı da mütəmdi olaraq reydlər keçirilir. İdarə əməkdaşlarının noyabrın 11-də İmişli rayonunun Qaralar kəndində keçirdikləri digər növbəti belə reyd zamanı əcnəbi vətəndaş Mansor Alajmi adlı şəxs saxlanılıb. Bu şəxs isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi (lisenziyası) olmadan, adları “Qırmızı kitab”a düşmüş 1 ədəd sultantoyuğu və 14 ədəd gərəf ovlayıb.

Hazırda idarədə iki faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq hər iki şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbir görüləcək.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018