Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “deputatlığa namizədi” - HƏFTƏ REYTİNQ
Tarix: 16.11.2018 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

“ARB TV”-nin “Kim var, kim yox?” verilişinin növbəti qonağı olan xalq artisti Faiq Ağayev deputat olmaq arzusundan söz açdı: “Milli Məclisdə təmsil olunmaq bu günün, bu saatın arzusu deyil. Bir az zaman keçməlidir. Amma mənə etimad göstərilsə, dəyərli həmvətənlilərimiz mənə dəstək versə, təbii ki, daxilimdə potensial görürəm. Özündən razılıq kimi qəbul olunmasın. Zamanında, vaxtında niyə də olmasın? Seçkilər gələn ildir. Qismət”.


Həftənin “yatağan kralı”


Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Cahan Savaşının bitməsinin 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı yatdı. Həmin məqamın video -görüntüləri “YouTube” istifadəçiləri tərəfindən yayımlanıb. Videodan aydın olur ki, VI Məhəmməd ABŞ-ın birinci xanımı Melaniya Trampın yanında əyləşib və yuxuya dalıb, bu isə Donald Trampın nəzərindən yayınmayıb.


Həftənin “limonsıxanı”


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranı limon kimi sıxıb suyunu çıxaracaqlarını söylədi. Boltonun bəyanatı İranla bağlı sanksiyaların gücləndirilməsindən bir həftə sonra verməsi diqqət çəkib. Məlum olduğu kimi, yeni sanksiyalar İranın neftini ixracatını durdurulmasına, habelə İran banklarının qlobal maliyyə sistemindən çıxarılmasına yönəlib. Müşavir Sinqapurda ASEAN-ABŞ beynəlxalq sammitindəki çıxışında İranın hazırda güclü təzyiq altında olduğunu ifadə edib. “Britaniyalılar demişkən, biz onların limon kimi suyunu çıxaracağıq. Bundan başqa, sanksiyaları əməl olunması üzərində ciddi nəzarət edəcəyik”, - Con Bolton söyləyib.


Həftənin “feysbuk fəalı”


“Mediaya çıxmaq imkanlarımızın məhdudlaşması bizi fəal sosial şəbəkə istifadəçisinə çevirdi”. Bu fikirləri mediaya açıqlamasında ölkə siyasətçiləri arasında “Facebook”a ən gec qoşulanlardan biri olsa da, həmin platformada aktivliyi ilə seçilən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn söylədi. Pənah Hüseynin sözlərinə görə, “Facebook”dan sadəcə, texnoloji vasitə kimi istifadə edir: “Belə görünür ki, siyasətçilər arasında “Facebook”da ən fəalı mənəm və fikrimcə, orada kifayət qədər də məhsuldar istifadəçiyəm. Əvvəllər “Facebook”dan istifadə etmirdim, gözləyirdim. Açığı, ötən dövrlərdə mətbuatdan istifadə imkanları vardı, mətbuatın fəaliyyət çərçivəsi geniş idi və yazılarımız, müsahibələrimiz dərc olunduğu üçün “Facebook”a o qədər də ehtiyac qalmırdı. Medianın geniş götürdükdə alternativ fikirlərə yer verməsində problemlərin olması bizləri də sosial şəbəkələrdən istifadəyə yönləndirdi… Mən özüm sosial şəbəkədən həm də idarəçilik məqsədi ilə istifadə edirəm. Məsələn, bizim Qarabağ Komitəsinin məlumatlarının yayılmasında və hansısa fəaliyyətimizdə “Facebook”dan yararlanıram…”.


Həftənin “cəriməsi”


Bakıda parkda tum çırtlayıb qabığını yerə atan şəxs 51 manat cərimələndi. Cərimələnən Ülvi Quliyev bildirib ki, noyabrın 10-da saat 23:00 radələrində Səməd Vurğun bağının yaxınlığında dayanacaqda marşrut avtobusu gözləyərkən Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşıblar: “Mən orda dayanıb 125 nömrəli avtobusu gözləyirdim, “semiçka” çırtlayıb yerə tökürdüm. Yer zibillik idi, siqaret kötükləri ilə dolu idi… Məni 22-ci Polis Bölməsinə apardılar. Orada dedilər ki, cəriməni yerində nağd ödə, mən buna etiraz etdim. Protokol tərtib edərək məni İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi üzrə 51 manat cərimə etdilər. Qanunda “semiçka” çırtlamağa görə cərimə var?”
Vəkil Vasif İsrafilov açıqlamasında belə deyib:“Məcəllənin 266-cı maddəsində istehsalat və məişət tullantıları haqda qanunvericiliyin pozulması nəzərdə tutulur. Maddənin 3-cü bəndinə görə tullantıların zibil qablarından kənara atılmasına görə 50 manat cərimə nəzərdə tutulub. Yəni, vətəndaş şəhəri çirkləndirdiyi üçün cərimələnib. Azərbaycanda bu cərimələr digər ölkələrə nisbətən azdır. Məsələn, Malayziyada bir saqqızı yerə atmağın cəzası 1000 dollardır”.


Həftənin “5 yaşlı “Mersedes” mükafatçısı”


Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışladı. Çeçenistanın idman naziri Musa Xanakirov bildirib ki, Rəhim Kuriyev fasiləsiz olaraq 2 saat 26 dəqiqəyə 4105 jim vurub. Amma “Ginnesin Rekordlar Kitabı” bunu rəsmi olaraq qeydə almayıb. Kadırov bildirib ki, Rəhim rekordunu yenidən nümayiş etdirəcək:“Ümid edirəm ki, komissiya üzvlərinin bu jimləri saymağa səbri çatacaq”. “Bu maşını sənə Əhməd Hacı Kadırov xeyriyyə fondunun prezidenti Aymani Kadırova adından verirəm. Bundan sonra atan səni bu maşınla gəzdirsin. Sən ağ “Mercedes”də gəzməyə layiqsən”, deyə - Kadırov uşaqla görüş zamanı onu ruhlandırıb. Rəhim isə bildirib ki, beş min dəfədən çox jim edə bilər. Çempion elə yeni maşının kapotu üzərində öz qabiliyyətini nümayiş etdirib.


Həftənin “müğənni taksi sürücüsü”


“Saat 10-11 arası mahnı ifa etmək vaxtımdır. Mahnı oxumağım müştəriləri narahat etmir. Əksinə, əhvalı olmayan kimsə avtomobilimə əyləşsə, düşəndə artıq yüksək əhval-ruhiyyəsi olur”. Bu sözləri 43 yaşlı, heç bir musiqi təhsili olmayan taksi sürücüsü Vüsal Baxşıyev dedi. Vüsal bildirib ki, əvvəllər evdə çox mahnı ifa edib, ancaq evdəkilər artıq səsindən bezdikləri üçün o, taksidə ifa edir. Ən böyük arzusu “O Səs Türkiyə”də iştirak etməkdir. “Baku TV” əməkdaşları bu maraqlı taksi sürücüsü ilə video-müsahibə hazırlayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018