Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nürnberg Hərbi tribunalının işə başlamasından 73 il ötür
Tarix: 20.11.2018 | Saat: 17:20:00
Bölmə:Maraqlı | çapa göndər

II Dünya Müharibəsi baiskarlarının işinə baxan Beynəlxalq Hərbi Tribunalının başlanmasından 73 il ötür. 1945-ci ilin məhz bu günündə Nürnbergdəki Ədliyyə Sarayında başlayan tribunal müharibə nəticəsində milyonlarla insanın qətlində rol alan faşist liderlərin cinayətini araşdırmağa başlayıb. Tribunalda dörd qalib ölkədən – SSRİ, ABŞ, Böyük Britaniya və Fransadan eyni sayda və səlahiyyətdə hakimlər və prokurorlar iştirak edib. Tribunalın tarixdə Nürnberg məhkəməsi adı ilə tanınmasına səbəb prosesin məhz Almaniyanın eyni adlı şəhərində keçirilməsi ilə bağlıdır.

Tribunal faşist liderlərə qarşı dörd istiqamətdə ittiham irəli sürürdü: Sülhə qarşı cinayət (beynəlxalq sazişləri və öhdəlikləri tapdayaraq müharibəyə başlama), insanlığa qarşı cinayət (sürgün, qətl və soyqırım), müharibə cinayətləri (müharibə haqqında qaydaları pozma) və ilk üç istiqamətdə hazırlanan siyahıda sadalanan cinayətlərin ''ortaq plan əsasında həyata keçirilməsi''. Məhkəmə prosesi boyunca 216 iclas keçirilib və mühakimələr 1 oktyabr 1946-cı ildə sona çatıb. Nəticədə mühakimə edilənlərdən 3 nəfəri bəraət alsa da, 22 nəfərin edam olunması və 24 məhkuma fərqli cəzaların verilməsi haqda hökm oxunub. Fərqli cəzalar deyilərkən, daha yüngül ittihamlar üzrə mühakimə olunanlardan 4 nəfəri 10 ilə 20 il arasında həps cəzasına məhkum edilib. Bunlar Karl Dönitz, Baldur von Schirach, Albert Speer və Konstantin von Neurathdır. Daha 3 nəfəri ömürlük həps olundu ki, bunlar Rudolf Hess, Valter Funk və Erik Riderdir. Məhkumlardan 12 nəfəri barəsində edam hökmü çıxarılıb. Onlardan Hans Frank, Vilhelm Frick, Kuluys Streyçer, Alfred Rosenberg, Ernst Kaltenbrunner, İoham von Ribbentrop, Fritz Sauçer, Alfred Jodl, Vilhelm Keytel və Artur Seyss 1946-cı il oktyabrın 16-da edam olunub. Tribunal müddətində axtarışda olan Martin Bormanna qiyabi edam cəzası verilib, Hermann Göring isə asılmasına saatlar qalmış zəhər içərək intihar edib...

BMT Baş Assambleyasının qəbul etdiyi 177 saylı qərarın “a” paraqrafında, Beynəlxalq Hüquq Komissiyasına "Nürnberg Beynəlxalq Hərbi Tribunalının qaydaları çərçivəsində faşistlərin mühakiməsini davam etdirmək səlahiyyətləri verilib. Bu məqsədlə aşağıdakı mətn komissiyanın ikinci iclasında qəbul olunub:

1. Beynəlxalq hüquqa görə cinayət kimi qəbul edilən bir hadisədə iştirak edən şəxs məsuliyyət daşıyır və cəzalandırılması qaçılmazdır.

2. Beynəlxalq hüquqa görə cinayət kimi qəbul edilən bir hadisəyə qarşı hansısa cəza tədbiri nəzərdə tutulmasa belə, bu cinayəti işləyən şəxsi məsuliyyətdən azad edə bilməz.

3. Beynəlxalq hüquqa görə cinayət kimi qəbul edilən bir hadisədə iştirak edən şəxsin dövlət başçısı və ya hökumət nümayəndəsi olması onları məsuliyyətdən qurtara bilməz.

4. Bir şəxsin hökumətin əmrinə uyğun davranması, əxlaqlı və iradəli bir insan üçün normal qayda olsa da, beynəlxalq huquq önündə məsuliyyətini azaltmır.

5. Beynəlxalq hüquqa görə cinayət işlələdiyi iddia edilən şəxs reallıqlara və hüquqa uyğun olaraq ədalətli mühakimə olunma haqqına sahibdir.

6. Aşağıda sıralanan cinayətlər beynəlxalq hüquq önündə cəza tələb olunan cinayətlər hesab edilir: (a) Sülhə qarşı işlənən cinayətlər, (i) Hücum və ya beynəlxalq müqavilə, razılaşma və təminatları pozan bir müharibəni planlama, hazırlaşma və ya təhrik etmə, (ii) Ortaq plan əsasında əməkdaşlıq edərək qeyd edilən hadisələrin törədilməsi üçün ssenari hazırlama, (b) Müharibə cinayətləri – qanun və müharibə qaydalarının pozulması, məsələn, əsirlərlə və ya hansısa məqsədlə mülki insanlarla kobud rəftar etmə, yaxud da onları öldürmə, sürgün eləmə, mülklərini və ya iş yerlərini soyma, insanlara qarşı əxlaqsızlıq etmə, eləcə də hərbi lüzum olmadan mühakimə etmə və ya birbaşa cəzalandırma, (c) İnsanlığa qarşı işlənən cinayətlər.

 

7. Müharibə cinayətlərini, eləcə də insanlığa və sülhə qarşı cinayətlərin həcmini böyütmə və kütləviləşdirməyə yardım göstərmə.
Yazının yuxarısında Nürnberg Beynəlxalq Hərbi Tribunalının hakimlərinin dörd qalib ölkə tərəfindən bərabər səviyyədə təyin edildikləri göstərilib.

Məhkəmənin hakimləri aşağıdakılar olub:

Böyük Britaniya - polkovnik Ser Geoffrey Lavrence (baş hakim) və Ser Norman Birkett (əvəzedici hakim),

ABŞ - Fransis Biddl (baş hakim) və Con Parker (əvəzedici hakim),

Fransa - professor Henri Donnedyü de Vabres (baş hakim) və Robert Falko (əvəzedici hakim),

SSRİ – ordu generalı Yan Nikitçenko (baş hakim) və polkovnik-leytenant Aleksandr Volçkov (əvəzedici hakim). Məhkəmənin ümumi sədri vəzifəsini Böyük Britaniyadan olan polkovnik Ser Geoffrey Lavrence icra edib.

Hərbi tribunalın baş prokurorları:

ABŞ - Robert H.Cekson (köməkçi vəkil Telford Taylor),

Böyük Britaniya - Ser Hartley Şavkross (köməkçiləri minbaşı Ser David Maksvell-Fyfe, Ser con Vheeler-Bennett və Antoni Marreko),

SSRİ – ordu generalı R.A.Rudenko,

Fransa - Fransis de Menfon və Avqust Şampetyer de Ribes...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018