Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəhərə çevrilən Məhəmmədi kəndi - REPORTAJ
Tarix: 21.11.2018 | Saat: 19:40:00
Bölmə:Reportaj | çapa göndər

Məhəmmədi kəndi Abşeron rayonunun şərq hissəsində yerləşir, kənddə 16 mindən çox əhali yaşayır. Ölkəmizin qış mövsümünə keçməsi ilə əlaqədar sözügedən kənddə mövcud vəziyyətlə tanış olduq. Əvvəllər kənd bərbad vəziyyətdə idi. Palçıqlı və gölməçəli yolları ilə gedib-gəlmək olmurdu.

Dövlət Proqramı çərçivəsində Mehdiabad-Digah yolundan kəndə gələn 9 kilometr uzunluğunda mərkəzi yol beynəlxalq standartlara uyğun çəkilib, yeni məktəb binası və 6 qrupluq uşaq bağçası tikilib istifadəyə verilib. Kənddə 1 həkim məntəqəsi, 1 poçt, 1 ATS qovşağı, 1 klub və Abşeron kəndlərinə xas olan məscid fəaliyyət göstərir. Xatırladaq ki, Qarabağ müharibəsində kənddə 30 nəfərə yaxın gənc döyüşlərdə iştirak etmiş və onlardan 4 nəfəri şəhid olmuşdur. Həmin şəhidlərin adını əbədiləşdirmək məqsədi ilə onların yaşadığı kücələrə adları verilib. Kənddə çəkilən yollar və tikilən fərdi yaşayış evləri adıçəkilən kəndin infrastruktutunu tamamilə dəyişdirib. Kənd artıq müasir bir şəhərə çevrilib.

Möhübbət adlı sakin dedi ki, həm dövlət, həm də Kənd Bələdiyyəsi tərəfindən kənddə böyük abadlıq, tikinti və quruculuq işləri aparılır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vaxtaşırı kəndimzə gəlir. Biz sakinlərlə səyyar görüşlər keçirir, kəndin problemləri ilə maraqlanır. Kəndin işıq, su və “mavi yanacaq” problemləri köklü şəkildə həll olunub.


Sakinlər dedilər ki, Məhəmmədi Kənd Bələdiyyəsinə iki ildən çoxdur yeni sədr seçilib. Xəyyam Məmmədov sədr seçildiyi gündən sakinlərin hörmətini qazanıb və kəndin problemlərinin həllinə çalışıb, yerli əhalinin qayğısına qalıb: “Kəndimizdə bələdiyyə tərəfindən bir sıra abadlıq, tikinti, bərpa işləri aparılıb və indinin özündə də bu işlər ardıcıl olaraq davam etdirilir. Bizə göstərdikləri qayğıya görə ölkə başçısına, Abşeron RİH rəhbərliyinə və eləcə də yerli özünüidarəetmə qurumunun rəhbəri olan Bələdiyyə sədrinə öz təşəkkürümüzü bildiririk. Məhəmmədi kəndi Abşeronda ən abad qəsəbədir. Paytaxtın mərkəzi qəsəbələrindən seçilmir.
Məhəmmədi Kənd Bələdiyyəsində də olduq. Bələdiyyənin vəsaiti hesabına bina əsaslı təmir olunub. Binanın həyətində Bayraq Meydanı salınıb. Meydanın ətrafındakı park göz oxşayır.

Bələdiyyə sədri Xəyaləddin Məmmədov görülən işlərdən söz açdı: “İki ildə kəndin 25 kilometrdən çox məhlədaxili yollarında təmir işləri aparmışıq. Bələdiyyənin binasının qarşısında və eyni zamanda, Şəhidlər parkında abadlıq işləri aparılıb, meydançalara asfalt örtüyü çəkilib. Eləcə də Bələdiyyənin inzibati binası müasir tələblərə uyğun təmir edilib. Bələdiyyənin vəsaiti hesabına Məhəmmədi Kənd İcra Nümayəndəliyinin binası inşa edilib. Poçt filialı binası da standartlara uyğun təmir edilib və orada lazımi şərait yaradılıb. Bələdiyyə binasının qarşısında Bayraq Meydanı salınıb. Poçt, nümayəndəlik və Bələdiyyə binası yerləşən ərazidə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Şəhid ailəsi Könül Mustafayevanın evi də Bələdiyyə tərəfindən əsaslı təmir edilib. Eləcə də Qarabağ qazisi Mahir Rzayevə torpaq sahəsi alınaraq, üçotaqlı fərdi yaşayış evi tikdirmişik”.

Bələdiyyə sədri 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin uzun müddətdir ki,baxımsız qaldığını dedi: “Artıq adıçəkilən abidə uçub-dağıldığından qəzalı vəziyyətə düşmüşdü. Bələdiyyə tərəfindən abidədə əsaslı təmir və bərpa işləri aparılıb, ətrafında yaşıllıq salınıb. Kənd ağsaqqallarının rəyini nəzərə alaraq həmin abidə yerləşən parkda Qarabağ Müharibəsi Şəhidlərinin xatirəsinə abidəsi ucaldılıb. Qəsəbəyə gələn mərkəzi yolun hər iki tərəfində yaşıllıq salmışıq. Çoxlu sayda ağac və kollar əkmişik. Qəsəbəmizdə Ağacəkmə kampaniyası bələdiyyə tərəfindən uğurla həyata keçirilir”.

Xəyaləddin Məmmədov bildirdi ki, əvvəllər qrunt və yağış suları qəsəbəni basırdı: “Bunun qarşısının alınması üçün 1 kilometr uzunluğunda “drenaj”lar çəkdirmişik. Hazırda əsrdən çox yaşı olan kənd məscidində təmir və bərpa işlərinə başlanılıb. Allah evində təmir və bərpa işləri kənd sahibkarları və imkanlı adamların maliyyə dəstəyi və bələdiyyə sədrinin rəhbərliyi altında aparılır. Qəsəbədə hələ də görüləsi işlər çoxdur. Biz layihələr əsasında işlərimizi planlı şəkildə aparırıq. Onu da qeyd edim ki, kəndimizdə heyvandarlıq və tərəvəzçilik inkişaf etdirilir, istixanalar fəaliyyət göstərir. Hazırda 2 hektar badam bağı və 4 hektar üzüm bağı salınıb. Kənddə kənd təsərrüfatının inkişafı sürətlənib. Qəsəbədə abadlıq və quruculuq işləri RİH-in başçısı İradə Gülməmmədovanın rəhbərliyi altında aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018