Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 72-ci kitabı çapdan çıxıb
Tarix: 29.11.2018 | Saat: 21:19:00
Bölmə:Siyasət | çapa göndər

Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 72-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2016-cı il fevralın 17-də Gəncə şəhərində “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanışlıq zamanı söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 72-ci kitabındakı materiallar 2015-ci ilin dekabrından 2016-cı ilin fevralınadək olan dövrü əhatə edir. Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm hadisələrdən biri Davos Forumu olub. Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfər edib. Kitaba Azərbaycan Prezidentinin Forum çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlərinə, Forumun “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında iştirakına dair materiallar, habelə Prezident İlham Əliyevin Forumun rəsmi saytında yerləşdirilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı geniş məqaləsi daxil edilib.

Nəşrdə Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına rəsmi səfərləri, Böyük Britaniyaya səfəri, Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı keçirdiyi görüşlərə, habelə ölkəmizə rəsmi səfərə gələn Əfqanıstan İslam Respublikasının Prezidenti ilə görüşünə, imzalanan sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb.

Bu kitabda Azərbaycan Prezidentinin Türkiyə, ABŞ, Pakistan, Almaniya, Bolqarıstan, Yunanıstan və digər dövlətlərin, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT, NATO, Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsini əks etdirən materiallarla, İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibəsinin mətni ilə də tanış olmaq mümkündür.

Çoxcildliyin 72-ci kitabında Prezident İlham Əliyevin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi münasibətilə bu institutun əməkdaşlarına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına, SSRİ Xalq artisti Murad Kajlayevin 85, Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyləri münasibətilə təbriklərinin mətnləri və digər məktubları da yer alıb.

Kitabda, həmçinin Prezident İlham Əliyevin 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə söylədiyi nitqlərin mətnləri toplanıb.

Oxucu bu cilddə Prezident İlham Əliyevin Tovuz rayonuna, Gəncə şəhərinə səfərləri zamanı nəqliyyat, iqtisadi və sosial infrastruktur, habelə mədəniyyət obyektlərinin, Bakıda Gözdən əlillər üçün yeni yaşayış binasının, “Baytarlıq şəhərciyi”nin, Zirə Mədəniyyət Mərkəzinin və Eko-Parkın açılış mərasimlərində iştirakına dair materiallarla tanış ola bilər.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.

“Azərnəşr” tərəfindən buraxılan 72-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018