Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Milli Məclis üzvləri İrəvandakı Göy məscidi ziyarət etdi - GÜNÜN TƏZADLARI
Tarix: 29.11.2018 | Saat: 19:45:00
Bölmə:Günün təzadları | çapa göndər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası ilə bağlı İrəvanda səfərdə olan deputatlarımız Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy Məscidə baş çəkdilər. Hafta.az Kult.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Milli Məclis üzvü Əflatun Amaşov paylaşıb. "Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”, - Ə.Amaşov qeyd edib.


Maliyyə Nazirliyinin binasında yanğın oldu


Ukrayna Maliyyə Nazirliyinin binasında yanğın baş verdi. Hafta.az “Report”a istinadla xəbər verir ki, noyabrın 29-da Bakı vaxtı ilə saat 10:00 radələrində nazirliyin binasında yanğın siqnalizasiyası işə düşüb. Bildirilib ki, lift şaxtasındakı kabellər yanıb, hadisə ilə əlaqədar nazirliyin işçiləri binadan təxliyyə edilib. Hadisə yerinə 6 yanğınsöndürən texnika cəlb edilib. Yanğının səbəbi ilə bağlı məlumat yayılmayıb


Neftçilər prospektində avtomobil eyni anda 3 piyadanı vurdu və...


Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verdi. Hafta.az Musavat.com-a istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, noyabrın 28-də saat 6 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Natiq Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Tərxan Bayramlını, paytaxt sakinləri Nahid Bəndəliyevi və Nicat Rəsulovu vurub. Nəticədə N.Bəndəliyev hadisə yerində ölüb, xəsarət almış digər iki piyada xəstəxanaya yerləşdirilib. Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Qız uşağı doğduğuna görə 3 il hamamda dustaq qaldı


Hindistanda qadın dünyaya qız uşağı gətirdiyinə görə əri tərəfindən cəzalandırıldı. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə deyilir ki, 25 yaşlı ana 3 il ərzində hamamda dustaq edilib. Bu müddət ərzində kişi həyat yoldaşına dünyaya gətirdiyi qız uşağını görməyi də qadağan edib. Qadın azad ediləndə 3 il günəş işığı görmədiyinə görə gözlərini aça bilməyib. Paltarı da köhnəlib və cırılıb. Ən dəhşətlisi isə budur ki, qadının qızı da ilk dəfə onu görəndə tanımayıb. Polisin araşdırmaları nəticəsində məlum olub ki, qadın ailə qurduğu ilk gündən - 2010-cu ildən zorakılığa məruz qalıb. Səbəbi isə çox sadədir - qadın ailə quranda gətirdiyi cehiz az olub. Dünyaya gələcək uşağın qız olduğunu biləndə isə kişi özündən çıxıb və həyat yoldaşını hamama həbs edib. 3 il müddətində qadın evdəkilərin yeməyinin qalıqları ilə qidalanıb. Bəzən hətta ona yemək gətirməyi də unudublar. Məsələ ilə bağlı qadının valideynləri polisə şikayət edib. Nəticədə qadının həyat yoldaşı polis tərəfindən saxlanılıb.


Həbsxanadan qaçan məhbus zibil maşınında tapıldı


Amerikanın Pensilvaniya ştatındakı Filadelfiya şəhərində məhkum türmədən qaçmaq istəyərkən zibil maşınına ilişib qaldı. Hafta.az Musavat.com-a istinadla yazır ki, bu barədə “Associated Press” xəbər verib. Qaçan məhkum zibil yeşiyində gizlənib. Səhər saat 5:30 radələrində zibil maşını yeşiyə yaxınlaşıb və yeşiyi tamamən çənə boşaldıb. Kişi isə çənin içinə düşdüyü üçün oradan müstəqil şəkildə çıxa bilməyib. Yanğınsöndürənlərə maşındakı zibil dolu torbaları çıxarmaq və orada ilişən məhkumu çıxarmaq üçün 2 saat vaxt lazım gəlib. Yeşikdən çıxarılan kişini xəstəxanaya aparıblar. Onun durumu hələ dəqiqləşməyib. Amma məlumdur ki, onu təcili yardım maşınına aparanda tərpənirmiş. Mayda isə Qondurasda məhkum olunmuş şəxs türmədən qaçmaq üçün qadın paltarı geyinmişdi.


“Azneft” dairəsi yaxınlığında “Qaz-24” yandı


Bakıda hərəkətdə olan avtomobil yandı. Hafta.az BAKU.WS-ə istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, “Azneft” dairəsi yaxınlığında qeydə alınıb. Hərəkətdə olarkən “QAZ-24”markalı avtomobil alışıb. Sürücü dərhal maşından düşüb və alovu söndürmək istəyib. Lakin yanğın qısa müddətdə çoxalıb. Hadisə yerinə yanğınsöndürən cəlb olunub və alovun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018