Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əcnəbi brakonyerlər 5980 manat cərimələndi
Tarix: 30.11.2018 | Saat: 10:00:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Xalid Abdulla Əl-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alqamadi Əli Cəmil olduğu müəyyən edilib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Masallı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - Siyahı
İlham Əliyev Ərdoğana başsağlığı verib
Piyadanı avtomobil vurub öldürdü
Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq