Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “dilənçisi” - HƏFTƏ REYTİNQ
Tarix: 30.11.2018 | Saat: 19:40:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

“...Bu adamların qarşısına guya öncə investisiyalar cəlb emtək, sonra siyasi vəzifələrin öhdəsindən gəlmək, ən sonda isə ERP-i bitirməyi qoymuşdular. Lakin onlar həmişə hədəfi bir-birinə qatırlar. Paşinyan dilənçi kimi ondan-bundan investisiya istəyir. Bu isə mümkün deyil, investora qanunilik lazımdır...”. Paşinyan iqtidarı haqqındakı bu sözləri keçirdiyi mətbuat konfransında Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə keçmiş nümayəndəsi, keçmiş milli təhlükəsizlik naziri, hazırda Serj Sərksiyanın Ermənistan Respublika Partyasından namizədliyin irəli sürən David Şahnzazaryan səsləndirdi.


Həftənin “arxayını”


Rusiya Prezidenti Vladimir Putin vəzifədən gedəndən sonra ölkəsinin vəziyyətinə dair sualı cavablandırdı. Moskvada keçirilən forumdakı çıxışı zamanı dövlət başçısı “Hara tələsirsiniz? Hələ ki, heç yerə getmək fikrim yoxdur” deyib.


Həftənin ““Əmək”çisi”


Prezident İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Sərəncamla Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Teymur oğlu Salahov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.


Həftənin “yumurtalı quldurşünası”


Fransa prezidenti Emmanuel Makron ölkədə iki həftədir davam edən yanacaq qiymətlərinin artırılmasına etiraz edən “sarı jiletlilər”lə bağlı açıqlama verdi: “Vətəndaşların istəklərini quldurlarınkı ilə qarışdırmaq istəməzdim. İğtişaş və zorakılıq istəyənlər qarşısında geri çəkilməyəcəyəm. Respublika həm də ictimai qayda-qanunun qorunmasını tələb edir”. Fransa prezidentinin “quldur”adlandırdığı sarı jiletlilər isə vergilərin azaldımasını, habelə ekologiya problemlərini müzakirə etmək üçün “Vətəndaş məclisi”nin yaradılmasını, habelə təkliflərinin referenduma götürülməsini tələb ediblər. “Quldur” sözü ilə izləyicilərin diqqətini çəkən Makron nümayişçilərlə həyata keçirdiyi görüş zamanı "sarı jiletlilər"in yumurta hücumuna məruz qalıb. Xatırladaq ki, iki həftədir davam edən hadisələrdə on minlərlə insan iştirak edib. Keçən həftənin şənbə günündə isə Parisin mərkəzində 100 min şəxsin iştirakı ilə mitinq keçirilib.


Həftənin “əyyaşı”


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Qaşıqçı cinayətində günahlandırıldığı bir vaxtda ölkə xaricində qatıldığı bir alkoqollu içkili gecə əyləncəsindən görüntüləri yayıldı. Əyləncədən qadınlarla fotoları yayılan şahzadənin bu addımı sosial şəbəkədə geniş müzakirələrə yol açıb. Şahzadə ölkəsinin Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan BƏƏ-yə gedib.
Məhəmməd bin Salman ən yaxın dostu, BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Zayed əl Nahyan ilə görüşüb. Hava limanında görüşən şahzadələr səmimi görüntülərlə jurnalistlərin kamerası önünə keçiblər. Şahzadə Məhəmməd bin Salmanın BƏƏ-yə ziyarəti ölkədə sosial mediada “Bin Salman xoş gəldi” başlığı ilə geniş şəkildə yayılıb.


Həftənin “özünütərifi”


ABŞ prezidenti Donald Tramp neftin qiymətinin aşağı düşməsinə görə özünü təriflədi. O, “Twitter” səhifəsində neft qiymətlərindən məmnun qaldığını yazıb. “Neft qiymətlərinin düşməsi əladır (təşəkkür, prezident T). Bunu və vergilərin əhəmiyyətli dərəcədə azaldılmasını digər iqtisadi xəbərlərə əlavə edin”, - deyə o vurğulayıb.
Qeyd edək ki, cümə günü “Brent” markalı neftin bir barelinin qiyməti 59 dollardan aşağı düşüb.


Həftənin “cadu hədəfi”


Meyxanaçı Namiq Qaraçuxurlu cindar Məmmədsəfanın yanına getməsi barədə yayılan xəbərlərə aydınlıq gətirdi:“Son 20 ildə evimdən, maşınımdan nə qədər cadu çıxıb. Məni çox təkid ediblər ki, cadunu təmizlədim. Heç vaxt razılaşmamışam. Ətrafımda falçıya gedən insanları qınamışam, o yoldan çəkindirməyə çalışmışam. Heç vaxt da Lerikdə olmamışam, cindarlarla görüşməmişəm. İllərdir ki, mənə cadu edilir, kimlərin mənə cadu etdirmək üçün kimin yanına getdiyini də bilirəm. Amma əhəmiyyət vermirəm. Çünki caduya, fala inanmıram. Mən Allaha inanıram. Ortada fakt yoxdur, kənd camaatının sözləri əsassızdır. Bu xəbərlərə inananları da qınayıram...” Qeyd edək ki, Bakupress.az saytı özünü “İkinci Allah” adlandıran Lerik sakini, cindar Məmmədsəfa ilə bağlı reportaj hazırlayıb. Cindarın qonşuları olan kənd camaatı onun yanına bir neçə digər şou-biznes nümayəndələri ilə yanaşı, meyxanaçı Namiq Qaraçuxurlunun da gəldiyini iddia ediblər.


Həftənin “avtoş futbolçusu”


"Səbail”in uzun müddətdir zədəli olan kapitanı Eltun Yaqublu yaşıl meydandan kənarda qalsa da, bu həftə də gündəmdən düşmədi. Müdafiəçi bu dəfə avtoşluq etməklə gündəmə gəlib. O, komanda yoldaşı Ağabala Ramazanovun toyundan sonra avtoşluq edib.


Həftənin “yıxılıb-duranı”


Əməkdar artist Xumar Qədimovanın toyda başına iş gəldi. Müğənni səhnədə mahnı oxuyarkən ayağı sürüşüb və yerə yıxılıb. “Show News” proqramı əməkdar artistlərdən birinin səhnədə yıxılması barədə anons videosu paylaşıb. Görüntülərdə xanım ifaçının anidən yerə yıxılması və ona kömək edən şəxs əks olunub. Həmin sənətçi Xumar Qədimovadır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018