Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir – FIG prezidenti
Tarix: 30.11.2018 | Saat: 21:18:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir.

Bunu hafta.az-a Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe Bakıda FIG İcraiyyə Komitəsinin iclası çərçivəsində deyib.

M.Vatanabenin sözlərinə gorə, AGF çoxlu sayda yarış və görüşləri yüksək səviyyədə təşkil edib və hər kəs Bakıya məmnuniyyətlə gəlir: “Gimnastika Azərbaycanda güclü inkişaf edib və biz hər dəfə Bakıya gələndə bunun şahidi oluruq”.

FIG prezidenti xatırladıb ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək: "Azərbaycan paytaxtı istənilən yarışı keçirmək iqtidarındadır".

Daha sonra M.Vatanabe qeyd edib ki, təkcə gimnastika yox, bütün idman növləri baxımlı olmalıdır və Federasiyanın əsas məqsədi insanların gimnastikanı daha yaxşı anlaması və bu idmana maraqla baxmasıdır.

Federasiyaya yeni üzvlərin qəbul olunması barədə suala cavab verən prezident vurğulayıb ki, 192 ölkədən 147-si FIG-in üzvüdür və yeni üzvlərin qəbulu gündəlikdə yer alır.

Parkurun yarışlar sırasına daxil edilməsi məsələsini şərh edərkən M.Vatanabe deyib ki, bu məsələ gündəlikdə yer alıb və parkurun idman növləri sırasına yaxın zamanlarda qəbul olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, 2-3 dekabr tarixlərində Bakı Beynəlxalq Gimnastika Federasiyasının Konqresinə ilk dəfə ev sahibliyi edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
İdman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur - ETSN
Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır - Məmmədyarov
Ceyranbatanda su kəmərində axıntı olub, təmir bu gün başa çatacaq - Azərsu
“Üç-beş nəfər qaragüruhçunun törətdiyi əməllərin heç bir nəticəsi ola bilməz” – Nəsib Məhəməliyev
Leyla Əliyeva "Pekin Ekspo 2019" Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışında - FOTO
“Keçirilən kampaniyalar dövlətimizə qarşı çevrilib” – Azər Badamov
İlham Əliyev sərəncam imzaladı
Brakonyerliklə məşğul olan 202 nəfər məsuliyyətə cəlb olunub