Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Xəstəliyin ağır mərhələsindəyəm” - Əməkdar artist
Tarix: 02.12.2018 | Saat: 13:54:00
Bölmə:Mədəniyyət | çapa göndər

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun səhhətində problemlər hələ də aradan qalxmayıb.

Yenicag.az-a açıqlama verən aktyor şəkər xəstəliyi nəticəsində bir sıra orqanlarının getdikcə zəiflədiyini bildirib: “Şəkər xəstəliyinin ağır mərhələsindəyəm. Xəstəlik yavaş-yavaş böyrəyimi, qara ciyərimi sıradan çıxarır. Gözlərimi də zəiflədib. Müalicə olunuram. Sağ olsunlar, həkimlər çox vaxt təmənnasız kömək edirlər, pulu elə dava-dərmanlarıma xərcləyirəm.

Gecdir, həkimlər qarşısını almağa çalışsalar da, xəstəlik öz işini görüb. Səhhətimdə problemlər çoxdur. Saymaqla qurtarmaz. Hələ ki, dözürəm. Heç səhhətimlə bağlı danışmaq da istəmirəm. Çünkü insanları yükləmək istəmirəm”.

Rəhman Rəhmanov səhhətində yaranan problemlərə baxmayaraq, səhnə fəaliyyətinə ara verməyib. Səhnədən ayrı yaşaya bilmədiyini deyən aktyor çəkildiyi yeni filmdən də danışıb: “Səhnəyə çıxanda acılarımı, xəstəliyimi unuduram. Evdə qalsam, lap pis olaram. İkili həyat adlı bir filmə də çəkildim. Komediya janrında ərsəyə gələn filmdə məni qəbirqazan obrazında görəcəklər. Maraqlı bir filmdir, dekabrda premyerası olacaq. Yaradıcılıqla bağlı arzularım çoxdur. Səhnə adamı elədir ki, onun arzuları bitib-tükənmir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - Siyahı
İlham Əliyev Ərdoğana başsağlığı verib
Piyadanı avtomobil vurub öldürdü
Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq