Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mersedes Benzin yaradıcısının təhsil aldığı institutda oxuyan azərbaycanlı GƏNC
Tarix: 05.12.2018 | Saat: 16:02:00
Bölmə:Gündəm | çapa göndər

Onun institutun müəllim və tələbələri üçün hazırladığı Azərbaycan haqqında slayd böyük maraqla qaşılanıb.

 Modern.az xəbər verir ki, bu gün Azərbaycan gənclərinin Avropanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları dövlətimizin insan kapitalı yaratmaq missiyasının bir göstəricisidir. Nüfuzlu təhsil ocaqlarında oxuyan gənclərimiz, eyni zamanda, ölkəmizin vətənpərvər təbliğatçıları olmaqla uğurlarımız və erməni təcavüzünün acı nəticələri, işğaldakı torpaqlarımız barədə də geniş aiditoriya qarşısında çıxışlar edirlər.

 Belə tələbələrdən biri də Tofiq Nemətzadədir. O hələ 10-cu sinifdə oxuyarkən Avropa və Amerikanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanları verən İELTS və SAT sertifikatlarını almaqla 2018-ci ildə sənədlərini Avropanın 4 nüfuzlu ali məktəbində (Böyük Britaniyanın Edinburq və Southampton, Hollandiyanın Twente universitetləri və Almaniyanın Karlsruhe Texnologiya İnstitutu) oxumaq imkanı qazanıb. Onun seçimi isə Almaniyanın cənub-qərbində yerləşən Karlsruhe Texnologiya İnstitutu olub.

 Qeyd edək ki, Avropa məktəblərində tam orta təhsil 12 illik olduğundan, o, 1 il hazırlıq (foundation) keçdikdən sonra bakalavr pilləsinə qəbul olunmalı idi. Lakin bu ilin avqust-sentyabr aylarında Almaniyada 45 günlük hazırlıq keçdikdən sonra, 4 fənn üzrə (riyaziyyat, fizika, kimya və ingilis dili) imtahanlarını müvəffəqiyyətlə verərək, Karlsruhe Texnologiya İnstitutunun mexanika mühəndisliyi fakultəsinin bakalavr pilləsinə qəbul olunub. İngilis dilində təhsil alır. Qrup yoldaşları arasında yaşca ən kiçiyidir.

 Karlsruhe Texnologiya İnstitutu (KİT) 2019-cu ilin reytinqinə görə (World University Rankings) dünya universitetləri arasında 116-cı, Avropa universitetləri arasında isə 38-ci yeri tutur. Məzunlarının işlə təmin olunması reytinqinə görə (QS Graduate Employability Rankings 2017) Karlsruhe Texnologiya İnstitutu dünyada 20-ci, Avropada isə 3-cü sıradadır və bu təhsil müəssisəsi özündə Karlsruhe Universitetini və Karlsruhe Elmi-Tədqiqat Mərkəzini birləşdirir. Önəmli faktdır ki, elektromaqnit dalğalarını kəşf edən Henrix Herst, elektron şüa borusunun ilk variantının yaradıcısı Ferdinand Braun, fotoeffekti ilk dəfə sistematik olaraq öyrənən Vilhelm Hallvaks, maye kristallar üzrə ilk fundamental tədqiqat işləri aparan Otto Lemann, fizika üzrə Nobel mükafatçısı Karl Ferdinand Braun, kimya-biologiya üzrə Nobel mükafatçıları Haber Frits, Jan Mari Le Pen, Leopold Rujiçka, Qerman Ştaudinqer bu institutun əməkdaşları olublar.

 Karlsruhe Texnologiya İnstitutunun tanınmış məzunları arasında isə Avtomobil ixtiraçısı Karl Benz, Amerika hidrogen bombasının yaradıcısı Eduard Teller, «Şkoda» Maşınqayırma Zavodunun yaradıcısı Emil Şkoda, Almaniyalı kosmonavt Aleksandr Herst, Daimler AG transmilli konserninin idarəetmə şurasının sədri, “Mersedes-Benz” firmasının rəhbəri Dieter Zetsche, maqnit audio və video yazı üzrə bir sıra innovasiyaların müəllifi, dünyada ilk kommersiya videomaqnitofonları istehsal edən «Ampex» kompaniyasının yaradıcısı Aleksandr Matveeviç Ponyatov, elmi maşınqayırmanın banisi Ferdinand Yakob Redtenbaher; məşhur alman biznesmeni, nəhəng korporativ proqram təminatçısı «SAP»ın Data Processing kompaniyasının yaradıcısı Ditmar Hopp, «SAP SE» proqram təminatının həmtəsisçisi və «SAP SE» Müşahidə Şurasının sədri Hasso Plattner, «Robert Bosch GmbH» şirkətinin rəhbəri Frans Feherenbax və s. kimi onlarca məşhurlar KİT-in məzunları sırasındadırlar.

 İnstitutun açıqlamsına görə, son 5 ildə Azərbaycandan həmin institutda təhsil alan olmayıb. Bu statistikanın nəticəsinə görə son 5 ildə burada təmsilçisi olmayan dövlətlərin tələbələrinə öz ölkələri haqqında təqdimat (prezentasiya) hazırlamaq və institutun keçirəcəyi konfransda çıxış etmək təklif olunur. Məhz bu dəyərli işi Tofiq Nemətzadə yüksək səviyyədə həyata keçirib. Belə ki, o, slayd hazırlayaraq institutun bütün professor və müəllim kollektivinə Azərbaycanın dövlətçilik tarixi haqqında məlumat vermiş, Böyük Azərbaycanın xəritəsini göstərərək, mövcud olmuş ərazilərin cənubdan farslar, şimaldan ruslar tərəfindən ələ keçirildiyini, ərazilərin bir hissəsinin isə Ermənistana verildiyini qeyd edib. Həmçinin arxeoloji qazıntılar nəticəsində Azərbaycan ərazisində tapılmış Azıx mağarası, dünyada mövcud olan ən böyük «Şeyx Səfi» xalçasının Azərbaycanda toxunması və hazırda Londonun Viktoriya və Albert muzeyinin eksponatları içərisində nümayiş etdirildiyi haqqında danışıb. Dünyada ilk neft quyusunun 1846-cı ildə məhz Bakıda, Bibiheybətdə qazıldığını konfrans iştirakçılarının diqqətinə çatdıran Tofiq Nemətzadə bildirib ki, bu quyu Amerikanın Pensilvaniya ştatında qazılmış quyudan 13 il əvvəl qazılıb. O daha sonra qədim Bakı, İçəri şəhər və Qız qalası haqqında məlumatlar verməklə, ölkəmizin Avropa və Asiyanın qovşağındakı, Cənubi Qafqazda geostrateji mövqeyi barədə slayd təqdim edib. Şərqdə ilk demokratik respublikanın 1918-ci ildə Azərbaycanda qurulması və 23 aydan sonra rus ordusu tərəfindən işğal olunaraq SSRİ-nin tərkibinə qatılması haqqında danışaraq 1991-ci ildə müstəqilliyini bərpa etmiş müasir Azərbaycan Respublikasının mövcud inkişafı barədə məlumat verib. Ən nəhayət Azərbaycanın əzəli torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, Ermənistanda yaşayan etnik azərbaycanlıların hamısının qovulduğu, 1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcud olması, Xocalı soyqırımı haqqında ətraflı danışmış və xəritədə işğal olunmuş əraziləri göstərib. O iki ölkəni müqayisə edərək müasir Azərbaycanın iqtisadi yüksəlişi, beynəlxalq aləmdə nüfuzu və güclü orduya malik olması haqqında danışıb. Qeyd edib ki, Azərbaycan Respublikası Ermənistanla müqayisədə çox güclü hərbi potensiala malik olmasına baxmayaraq, biz sivil dövlət olaraq torpaqlarımızı sülh yolu ilə azad etmək niyyətindəyik. Müharibə yolu ən son variantdır.

 

Tofiq Nemətzadə çıxışında həmçinin müasir Azərbaycanın uğurlarından, bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, Avroviziya-2012 müsabiqəsinin Bakıda keçirilməsini, Formula-1 yarışlarına və I Avropa Oyunlarına Bakının ev sahibliyi etməsini vurğulayıb. O Bakının gözəlliyini, Azərbaycan təbiətinin füsunkarlığını və böyük turizm potensialının olduğunu qeyd etməklə yanaşı, müstəqillik illərində tikilmiş Kristal Holl, Alov qüllələri, Ən hündür bayraq olaraq Ginnesin rekordlar kitabına düşmüş Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi haqqında slaydlar təqdim edib.

 

Tədbir iştirakçıları bu məlumatları böyük maraqla dinləyib və təqdimatdan məmnun qaldıqlarını ifadə ediblər.

Tofiq Nemətzadənin bildirdiyinə görə, bu son deyil və belə təqdimatların davamı olacaqdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018