Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kvota üzrə iş yerləri ilə təminat sahəsinə elektron nəzarət sistemi qurulacaq
Tarix: 05.12.2018 | Saat: 16:56:00
Bölmə:Sosial | çapa göndər

Müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılmasına, həmin şəxslərin kvota üzrə işlə təmin edilmələrinə elektron nəzarət sistemi qurulacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildiriblər ki, sistemin qurulması nazirlik tərəfindən məşğulluq xidmətlərinin elektron infrastrukturunun yaradılması çərçivəsində həllini tapacaq. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində gələn ilin əvvəllərində hazır olması nəzərdə tutulan məşğulluq altsistemi Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində işləyəcək. İşəgötürənlərin elektron sistemə təqdim etdikləri məlumatlar əsasında müvafiq müəssisələrdə işçilərin və ştatların sayı, qanunvericilik əsasında işçi sayına uyğun kvotaların ayrılması vəziyyəti operativ şəkildə müəyyən olunacaq. Bu da həmin sahədə müəssisələrdə yol verilən nöqsan və çatışmazlıqları aşkar etməyə imkan verəcək.

Xatırladaq ki, 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyalarına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Qanunvericiliyə əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri həmin insanlar üçün müəyyən edilməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2019
22.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Metro çıxışlarında kəskin qoxulu səyyar köşklərə kimlər nəzarət edir? - FOTOLAR
Avropa İttifaqının Biznes Missiyası Lənkərana səfər edib
Prezident İlham Əliyev Çexiya Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Ötən il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsinin həcmi 57 faiz artıb
Hazırda Azərbaycanda 26 Çexiya şirkəti fəaliyyət göstərir
Banklar tərəfindən artıq restrukturizasiya proseslərinə başlanılıb
Şəmkirçay sutəmizləyici qurğusu yaxın aylarda istismara veriləcək
Fransanın Milli Tibbi Sığorta Fondu ilə reabilitasiya sahəsində əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib
Prezident Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manat ayırıb - SƏRƏNCAM