Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanıda Ulu Öndərin anım günü qeyd olunub
Tarix: 05.12.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Dekabrın 12-si xalqımızın ümummili lideri, çoxəsrlik Azərbaycan tarıxində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Anım günü ilə bağlı olaraq Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı şəhər 23 saylı poliklinikanın, 16 saylı uşaq poliklinikasının və 30 saylı ambulatoriya həkimlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbir Hövsan qəsəbəsində fəaliyyət göstərən Bakı şəhər 23 saylı Poliklinikanın Akt zalında reallaşıb. Tədbirdən əvvəl Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra 23 saylı şəhər poliklinikasının baş həkimi Şərabanı Yusifzadə çıxış edərək bildirdi ki, xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır: “Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük Azərbaycanlıdır. Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqımız xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyinə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi”.

Bakı şəhər 16 saylı Uşaq Poliklinikasının həkimi Günel Axundova ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində bu gün ölkəmizdə dövlət quruculuğu prosesinin uğurla davam etdirildiyini söylədi. Natiqin sözlərinə görə, ölkəmizdə elə bir sahə yoxdur ki, Ümummilli Lderin diqqətindən kənarda qalmış olsun. Məhz onun rəhbərliyi ilə bir çox yeni səhiyyə ocaqları istismara verilib: “Görkəmli dövlət xadimi Heydər Əliyev digər sahələrdə olduğu kimi, həmişə səhiyyəyə də böyük qayğı və diqqət yetirərdi. Ulu Öndərin prezidentliyi dövründə səhiyyəmizin maddi- texniki bazasının gücləndirilməsi istiqamətində böyük işlər görülüb. Ulu Öndərin xarici ölkələrdə oxutdurduğu gənclər indi XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevrilib. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır”.
Suraxani Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev bildirdi ki, vətənpərvər, millətini, torpağını sevən, onun adını hər şeydən uca tutan, xalqın taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanlarda danışmırlar, onları hər addımda xatırlayır, anırlar: “Bu cür insanların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir, cismən bizləri tərk etsələr də, mənəvi cəhətdən hər zaman bizimlədirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də 15 il öncə xalqın ümid və and yerinə, böyük mənəvi dəyərinə çevrilməklə, əbədiyyətə qovuşdu. Lakin qurduğu müstəqil və yeni Azərbaycan bizə miras qaldı, biz həmişə bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq.

 

Heydər Əliyev 30 ildən çox Azərbaycana rəhbərlik etdi, əslində bu, elə də böyük zaman kəsiyi deyil. Amma müdrik və aqil o insandır ki, tarix üçün o qədər də böyük olmayan müddətdə bəşəriyyətə bütöv bir əsrin verə biləcəyi zəngin mədəni irs, sərvət bəxş edir. Bu mənada, dövlət quruculuğumuzun böyük memarı Heydər Əliyev irsi hər bir azərbaycanlının həyat dərsliyidir. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır. O, böyük siyasətçi və dövlət xadimi olaraq hələ sağlığında canlı əfsanəyə çevrildi. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyi ondadır ki, bu gün ulu öndərin şah əsəri olan Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Onun rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018