Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bir gündə 18 deputat istefa verdi - GÜNÜN TƏZADLARI
Tarix: 05.12.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

İranda su təchizatı ilə bağlı layihələrin 2019-cu ilin büdcəsindən çıxarılmasına etiraz edən 18 deputat istefa verdi. Hafta.az-ın Modern.az-a istinadla verdiyi xəbərdə deyilir ki, bu barədə İranın yarırəsmi xəbər agentliyi olan “Tasnim” məlumat yayıb. İstefa verənlərin hamısı İsfahandan olan millət vəkilləri olub. Yerli KİV-ə danışan isfahanlı deputat Nasir Musəvi Largani bildirib ki, prezident Həsən Ruhani su probleminin həlli ilə bağlı İsfahan xalqına verdiyi vədi yerinə yetirməyib. Qeyd edək ki, İsfahanın simvollarından olan Zayəndə çayı, təxminən, 10 ilə yaxındır qurumaq təhlükəsi ilə üz-üzədir. Bölgədə yaranan quraqlıq səbəbindən, əhali ciddi su problemi yaşayır və zamanla köç etməyə məcbur olur.


Rusiyada aeroporta azərbaycanlının adı verildi


Rusiyanın Surqut şəhər aeroportuna azərbaycanəsilli kəşfiyyatçı geoloq, Sibir neftini kəşf edən Fərman Salmanovun adı verildi. Hafta.az “Report”a istinadla xəbər verir ki, bu, çərşənbə axşamı "Rossiya 1" telekanalında yayımlanan "60 minut" (60 dəqiqə) verilişində nəticələri açıqlanan "Rusiyanın böyük adları" müsabiqəsinin yekununda məlum olub.
"Velikie imena.rf" saytında aparılan müsabiqəyə dekabrın 4-də yekun vurulub. Səsvermədə 5 milyondan çox insan iştirak edib və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanının adını müəyyənləşdiriblər. Siyahıda bir azərbaycanlının da adı olub. Kəşfiyyatçı geoloqun adı, eyni zamanda, iki şəhərin hava limanına namizəd olub: Surqut və Nijnevartovsk. Səsvermə nəticəsində onun adı Surqut şəhər aeroportuna verilib.


Dəfn edilən oğlan 11 gün sonra atasına zəng etdi


Ata oğlunu dəfn etdi, amma on bir gün sonra oğlundan ona zəng gəldi. Hafta.az-ın Moderator.az-a istinadla verdiyi xəbərə görə, qəribə hadisə ABŞ-da baş verib. Hər halda bir ata üçün ən böyük faciə oğlunu dəfn etməkdir. ABŞ-da yaşayan 82 yaşlı Frank da oxşar taleni yaşayıb. Əqli cəhətdən qüsurlu olan Frank uzun zaman küçələrdə yaşayır. Amma bir gün ailəsinə onun ölüm xəbəri verilir. Frankın atası oğlunu öz əlləri ilə dəfn edir. Amma on bir gündən sonra inanılmaz hadisə baş verir. Atasına zəng vuran Frank ölmədiyini deyir. Bəs o, necə sağ qalıb?
Məlum olub ki, ölən adamın barmaq izləri səhlənkarlıq nəticəsində Frankla səhv salınıb və bundan başqa Frankın köhnə şəklindən istifadə olunub. Nəticədə də yanlış olaraq ailəyə övladlarının öldüyü bildirilib.


Ərəbistanda nağılvari şəlalələr peyda oldu

Son həftələrin şiddətli yağış və qarlarının səbəb olduğu görünməmiş daşqınlardan sonra Səudiyyə Ərəbistanı ərazisində nağılvari şəlalələr yarandı. Hafta.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” nəşri məlumat yayıb. Ölkənin ən uzun çay vadilərindən biri olan (600 km) Rummah vadisi davamlı yağışlardan sonra sanki canlanıb. Fürsətdən yararlanan fotoqraflar da Ərəbistan yarımadası üçün bir möcüzə olan şəlalələrin maraqlı təsvirlərini çəkib. Təqdim etdiyimiz fotolar gecə saat 2-də çəkilib.

 

Təyyarə xəstəxana binasına çırpıldı


ABŞ-da yüngülmotorlu təyyarənin xəstəxanaya çırpılması anı ilə bağlı videogörüntülər yayımlandı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, video “Palm Beach Post” nəşrinin “You Tube” kanalında yerləşdirilib. Təyyarə Florida ştatının Lauderdal şəhərində xəstəxana binasına dəyən zaman alışıb. Həmin anlar kameraya düşüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018