Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Son günlərin zəhərlənmə statistikası: 6 nəfər dəm qazı, 3 nəfər sirkə turşusu...
Tarix: 06.12.2018 | Saat: 11:16:00
Bölmə:Gündəm | çapa göndər

“Son bir həftə ərzində 6 nəfər dəm qazından zəhərlənib. Vəziyyətləri çox ağır olmayıb. Orta ağır vəziyyətdə müraciət ediblər. Dəm qazından zəhərlənənlərin hamısı paytaxt sakinləridir. Hamısı sağ-salamatdır. Müalicələri bitdikdən sonra evə yazılıblar. Xoşbəxtlikdən zəhərlənənlər arasında azyaşlılar olmayıb”.

Bunu hafta.az-a açıqlamasında Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib. Azər Maqsudovun sözlərinə görə, son bir həftə ərzində iki nəfər sirkə turşusundan zəhərlənib: “Onların vəziyyəti hələ də ağırdır. Hər iksi qadındır. 3 nəfər isə dərmandan zəhərlənib. Həkim soyuqdəyməyə qarşı anti-biotik dərman yazıb, bədənləri həssas olub. Əks reaksiya verib. Onlar da allergik reaksiya ilə bizə müraciət ediblər. Artıq onlar da evə yazılıblar”.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi onu da vurğulayıb ki, sərxoşlar da tez-tez müraciət edənlər arasındadır: “Deməzdim ki, içkidən zəhərləniblər. Amma təcili yardıma müraciət edirlər, təcili yardım da demək olar ki, bir gündən bir onları bizim yanımıza məsləhətə gətirir. Hər gün olmasa da həftə ərzində bir neçə dəfə bu cür müraciətlər edilir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018