Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Heydər Əliyev güclü iradəyə malik, uzaqgörən şəxsiyyət və lider idi - Yuri Lujkov
Tarix: 06.12.2018 | Saat: 12:30:00
Bölmə:Siyasət | çapa göndər


Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 15 ili tamam olur. Ulu Öndərin vəfatının ildönümü ilə bağlı "Moskva-Bakı" portalı Moskvanın keçmiş meri Yuri Lujkovun Heydər Əliyevlə bağlı xatirələrinə dair onunla müsahibə edib. Hafta.az həmin müsabidən seçmələri sizə təqdim edir:
Y.Lujkovun sözlərinə görə, Heydər Əliyevlə tanışlığı hələ Sovet İttifaqının mövcud olduğu illərə təsadüf edir: "Onun haqqında saatlarla danışmaq olar. Heydər Əliyev unikal potensiala malik bir insan idi. O, memarlıq, iqtisadiyyatla bağlı məsələləri çox gözəl bilirdi. Heydər Əliyev həmin illərdə fəaliyyət göstərən işıqsız hökumətdə çox məşhur fiqur idi. Sovet hökumətində çalışdığı beş ildə biz onun potensialına, yaddaşına dəfələrlə müraciət etmişik. Təsərüffatla bağlı düşüncələri hamımızı valeh edirdi. Dövlətin, iqtisadiyyatın inkişafına yardım edirdi.
Yeni zaman onun üçün faciəvi dövr idi... 1990-cı ilin 20 yanvarı... Bu olaylar Heydər Əliyevi çox narahat edirdi".

Lujkovun sözlərinə görə, bu olaylar Heydər Əliyevin şəxsi düşüncələrinə, prinsiplərinə, məqsədinə təsir etdi. Həmin hadisələr Heydər Əliyevin Sovet İttifaqının rəhbərliyinin, ilk növbədə isə Mixail Qorbaçovun bu münaqişəni dinc yolla həll edə bilməməsinə qarşı etirazlarına səbəb oldu. Sovet rəhbərliyi, Mixail Qorbaçov bu problemləri həll edə, qan axıdılmasını durdura bilmədilər, yaxud bunu istəmədilər. Nəticədə isə Ümummilli Lider 1991-ci ildə Kommunist Partiyasının sıralarını tərk etdi: "Məlum qərar həmin dövrdə dövlət hakimiyyətinin yürütdüyü siyasətə qarşı çox güclü bir etiraz idi. Daha sonra SSRİ dağıldı və yeni müstəqil dövlətlər formalaşdı, o cümlədən Azərbaycanda. Məlum proseslər çox çətin və dumanlı siyasi şəraitdə və iqtisadi vəziyyətin çətin olduğu zamana təsadüf edirdi. Ortaya Elçibəy çıxdı. Mən onunla görüşəndə Elçibəyin tərcüməçi ilə danışması məni təəccübləndirdi. Mən Azərbaycana sənaye istehsalı ilə bağlı məsələlərin həllinə yardım üçün gəlmişdim. Elçibəyin bu addımı isə tamamilə yersiz idi. Azərbaycan xalqı onu həqiqi dövlət rəhbəri kimi qəbul etmirdi. Nəticədə 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı. Bu zamana qədər o özünün böyük potensialının olmasına baxmayaraq rəhbərliyə gəlmək istəmirdi. Lakin Heydər Əliyev Azərbaycan xalqının tələbi ilə hakimiyytə qayıtdı.
Bundan sonra mənim Heydər Əliyevin sayəsində yenidən ayaqları üstə durmağı bacaran Azərbaycanda çox sayda görüşlərim oldu. Heydər Əliyev strateq idi. Təsərrüfatı, iqtisadiyyatı inkişaf etdirməyin vacibliyini anlayırdı. Heydər Əliyev xalqının adamı, dövlətinin və millətinin lideri idi. O, Azərbaycanı inkişaf etdirərkən, severenliyini möhkəmləndirərkən heç zaman Rusiya ilə, rus xalqı ilə əlaqələrin itirilməsini istəmirdi. Bizim xalqlar on illiklər boyunca bir yerdə yaşayıblar. Faşizmə qarşı birgə mübarizə aparmışıq. Böyük Vətən Müharibəsi zamanı Bakı öz nefti ilə hərbi texnikanın yanacaq problemini həll edirdi. Bu gün biz ümumi tariximizi xatırlamalıyıq.

Heydər Əliyev hər zaman bizim hökuməti Bakıda Moskva günlərinə dəvət edərdi. Həmişə də şəxsən bu tədbirlərə qatılardı. Bu gün biz sizinlə böyük dövlət adamı haqqında danışırıq. Mən Sovet İttifaqı dağılandan sonra öz xalqı üçün çalışan bir-iki dövlət adamı tanıyıram. Yaddaşımda ilk yeri tutan isə məhz Heydər Əliyevdir. Onun haqqında dövlət rəhbəri kimi danışanda Heydər Əliyevi güclü iradəyə malik, uzaqgörən şəxsiyyət və lider kimi qəbul edirik. Məhz bu cür də olmalıdır. Onun haqqında xatirələr xalqramızda daimi olaraq yaşamalıdır. Bu cür şəxsiyyətlər tarixdə öz layiqli yerlərini tutmalıdır".
Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018