Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan sülh və sabitlik adasıdır” – Azər Badamov
Tarix: 06.12.2018 | Saat: 12:59:00
Bölmə:Siyasət | çapa göndər

Ümumdünya İqtisadiyyatı və Sülh İnstitutu yeni “Qlobal Terrorizm İndeksi”ni açıqlayıb. Reytinq cədvəli hazırlanarkən terrorun dövlətlərə təsiri, ölkələrə terror təhdidi ilə bağlı nüanslar əsas götürülüb. Yəni, radikal axınların meydana çıxmasına səbəb olan müxtəlif sosial iqtisadi şərtlər, geosiyasi faktorlar analiz edilib.

Onu da vurğulayaq ki, bu siyahıda ilk yerləri terror təhdidinin və fəaliyyətinin daha yüksək olduğu ölkələr tutub. Son yerlərdə isə təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunduğu ölkələr qərarlaşıb.

Gələk əsas məsələyə, Azərbaycan bu siyahıda öz mövqeyini daha 3 pillə yaxşılaşdırıb. Ölkəmizin göstəricisi 138 ölkə arasında 98-dir. Yəni, bu o deməkdir ki, ölkəmizdə terror təhlükəsi praktiki olaraq yoxdur.

Azərbaycan siyahıda Cənubi Qafqaz ölkələri arasında da öz liderliyini qoruyub. Gürcüstandan 9, işğalçı Ermənistandan isə 16 pillə öndə qərarlaşıb. Şimal-qərb qonşumuz olan gürcülər siyahıda 89-cu, bədnam qonşularımız isə 83-cü yerlə regionda sonuncu yerdə lövbər salıb. Bu o deməkdir ki, Azərbaycan terror təhdidi almayan ölkələrdəndir və bu amil üzrə öz regionunda liderdir.

“Qlobal Terrorizm İndeksi”ndə ilk üçlüyü müvafiq olaraq İraq, Əfqanıstan və Nigeriya bölüşür. Dünyanın aparıcı ölkələrinin də vəziyyəti bir o qədər ürəkaçan deyil. Misal üçün, ABŞ 20-ci, Rusiya 34-cü, Almaniya, 39-cu, Fransa 30-cu, Ukrayna 21-ci, Tacikistan 74-cü, Qazaxıstan 75-ci, Qırğızıstan isə 80-ci yerdədir.

Ümumdünya İqtisadiyyatı və Sülh İnstitutu yeni “Qlobal Terrorizm İndeksi”ndə Azərbaycanın 3 pillə irəliləməsinin əhəmiyyətini şərh edən millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycan sülh və sabitlik adasıdır. Millət vəkilinin sözlərinə görə, bir çox dövlətlərdən fərqli olaraq Azərbaycanda siyasi sabitlik təmin olunub. İnsanlar da firəvan, təhlükəsiz bir ölkədə yaşayırlar: “Bu bizim böyük naliyyətimiz, böyük uğurumuzdur. Çünki sabitlik olmayan yerdə nə iqtisadiyyatdan, nə də siyasətdən danışmaq mümkün deyil. İlk növbədə, ölkədəki siyasi sabitlik hər şeydən öndə dayanmalıdır. Əvvəl olmalıdır, dəyərləndirilməlidir. Ümumdünya İqtisadiyyatı və Sülh İnstitutu tərəfindən Azərbaycanı bu sahə üzrə yüksək pilləyə layiq görülməsi də ölkəmizdəki sabit mühitlə birbaşa bağlıdır. Azərbaycanda dövlət quruculuğu işləri çox yüksək səviyyədə həyata keçirilib. Dövlət siyasətinin kökündə Azərbaycan vətəndaşı dayanır. Dövlətlə vətəndaş arasında qarşılıqlı dəstək mövcuddur. Bu da çox mühüm amildir. Azərbaycanda sabitliyin və davamlı inkişafın əsas qayəsini vətəndaşların dövlətə və dövlət başçısına dəstəyi və etimadı təşkil edir. Sabitlik pozulan ölkələrdə vəziyyətin necə olmasını da görürük. Həmin dövlətlərdə sabitlik pozulmamışdan öncəki vəziyyətlərini də görə-görə gəlmişik. Həmin dövlətlərin əvvəlki iqtisadi inkişafa, böyük naliyyətlərə imza atmasını da yaxşı xatırlayırıq, siyasi sabitliyin pozulmasının nəticəsində məhvə doğru getdiyini də. Bütün dünya, eləcə də Azərbaycan vətəndaşları da bunu görür və dərk edir”.

Millət vəkili bildirib ki, hər bir Azərbaycan vətəndaşı ölkədəki sabitliyi qoruyub saxlamaq üçün çalışmalıdır. Azər Badamov onu da qeyd edib ki, Azərbaycandakı bəzi dairələr ölkədəki siyasi sabitliyi pozmaqda maraqlıdırlar: “Onlar istəyirlər ki, başqa dövlətlərdə olduğu kimi ölkəmizdə də qeyri-stabil bir məkan yaransın. İqtisadi inkişafımızın dayandırılmasına nail olsunlar. Ölkəmizin sürətli inkişafına ləkə gətirmək istəyirlər. Amma dövlətimizin müəyyən qurumlarının operativ fəaliyyəti və ölkəyə qarşı çevrilmiş hər bir cəhdin vaxtında qarşısının alınması Azərbaycanda sabitliyin qorunmasına imkan yaradır. Təhlükəsizlik orqanlarının operativ işləməsi terrorizm yaratmaq istəyən ünsürlərin vaxtında zərərsizləşdirilməsi, onların tərk-silah edilməsi ölkəmizdəki sabitliyin qorunub saxlanmasına böyük bir töhvədir. Ümumiyyətlə, Azərbaycan dövləti güclüdür. Butün aidiyyatı orqanlar yerindədir və uğurla fəaliyyət göstərirlər. Həmin qurumlar ölkəmizin sabitliyinin keşiyində əzmlə dayanıblar. Bunun nəticəsində də ölkəmizin siyasi sabitliyi təmin olunur. Yenə də qeyd etmək istəyirəm ki, dövlətimizin başçısı başda olmaqla ölkədə yeridilən düzgün siyasi kursun göstəricisidir ki, Azərbaycanda siyasi sabitlik qorunub saxlanıb. Dövlət başçısının yürütdüyü siyasi kurs tolerantlığın qorunub saxlanmasına xidmət edir. Multkultural mühitin inkişaf etməsi də siyasi sabitliyin qorunub saxlanmasına böyük töhvədir. Bütün bu məqamlar siyasi sabitliyin davam etməsində aparıcı amillərdəndir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018