Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
45 əlil Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınıb
Tarix: 06.12.2018 | Saat: 17:24:00
Bölmə:Sosial | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 45 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə yola salınıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, bildirilib ki, fiziki məhdudiyyətli insanlarla bağlı nazirlik tərəfindən aparılan işlərin bir istiqaməti də həmin insanların sağlamlıqlarının bərpasına yönəlib. Hazırda 45 nəfərin 10 gün müddətinə Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınması da bu məqsədlə görülən işlərdən biridir. Göndərilən şəxslərin xəstəliklərinə uyğun olaraq 19 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 16 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında müalicə kursu keçəcək. Qalan 10 nəfər isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.

Yola salınan əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razı qaldıqlarını, səmərəli müalicə kursu keçmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.01.2019
17.01.2019