Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Eldar Həsənov Qoşulmama Hərəkatı ilə bağlı tədbirdə iştirak etdi
Tarix: 06.12.2018 | Saat: 17:49:00
Bölmə:Gündəm | çapa göndər

Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində “Qoşulmama Hərəkatı-Ədalət Naminə Sivilizasiyaları Birləşdirən bir model” mövzusunda konfrans keçirilib.

Hafta.az xəbər verir ki, tədbirin əsas məqsədi 2011-ci ildən ölkəmizin də üzv olduğu Qoşulmama Hərəkatının təsisçi prinsiplərini, ideallarını və məqsədlərini, həmçinin 120 dövlətin üzvü olduğu bu mötəbər təşkilatın qlobal sülh və təhlükəsizlik, iqtisadi inkişaf və sosial tərəqqinin təşviqinə verdiyi töhfəsini və ən əsası hərəkatın ədalət naminə sivilizasiyaları birləşdirən bir model olaraq Serbiyada təqdim etməkdir.

Konfrans Qoşulmama Hərəkatına sədrlik edən Venesuelanın Serbiyadakı səfirliyinin təşəbbüsü və 2019-2022-ci illərdə sədrlik edəcək Azərbaycanın Serbiyadakı səfirliyinin fəal təşkilati səyləri nəticəsində təşkil edilib.

Konfransda Serbiya Xarici İşlər Nazirliyinin rəsmiləri və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri, Belqradda akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycanın Serbiyadakı Səfiri Eldar Həsənov və səfirliyimizin əməkdaşları, Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini Yalçın Rəfiyev, yerli mətbuat nümayəndələri, tələbələr və mövzuya maraq göstərmiş serb vətəndaşları iştirak ediblər.

 Tədbiri giriş sözləri ilə Venesuelanın Serbiyadakı səfiri xanım Dia Nader de el Andari, Fələstinin Serbiyadakı səfiri, eyni zamanda Serbiyada fəaliyyət göstərən diplomatik korpusun duayeni, cənab Mohammed Nabhan və Belqrad Universitetinin Hüquq fakültəsinin professoru Branko Rakiç açıblar. Dia Nader de el Andari Qoşulmama Hərəkatının son 60 il ərzində inkişaf prosesinə nəzər yetirərək ölkəsinin bu beynəlxalq təşkilata sədrliyi dövründə görülmüş işlər barədə məlumat verib.

 Mohammed Nabhan kəskin ideoloji qarşıdurma dövründə beynəlxalq münasibətlərdə alternativ səs kimi yaradılmış Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə qlobal səylərdə mühüm təşkilata çevrildiyini qeyd edib.

 Qoşulmama hərəkatının rolunu inkişaf edən ölkələrin çoxtərəfli forumlarda səsi kimi qiymətləndirən Mohammed Nabhan hərəkatın əsasını təşkil edən prinsiplərin, o cümlədən ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətin daim aktuallıq kəsb etdiyini xüsusilə bildirib. O, müasir dünyada gərginliyin artdığını qeyd edib, beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi üçün müxtəlif xalqlar və mədəniyyətlər arasında fəal dialoqun aparılmasının vacib olduğunu bildirib.

 Sonra tədbirdə məruzəçi qismində iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini Yalçın Rəfiyev, Qoşulmama Hərəkatının tarixi və inkişafı, beynəlxalq münasibətlərdə hazırkı rolu və onun qlobal gündəliyin icrasına töhfəsi, həmçinin gələcəyi barədə çıxış edib. O, Soyuq Müharibənin bitməsinə rəğmən Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə unikal rolunun davam etdiyini bildirib, 1955-ci ildə Bandunq Konfransında qəbul edilmiş 10 Təsis Prinsipinin, o cümlədən bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin aktuallığını xüsusilə vurğulayıb.

 Azərbaycanın Qoşulmama Hərəkatına töhfəsi, o cümlədən “Davamlı İnkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda 2018-ci il 5-6 aprel tarixlərində Bakıda keçirilmiş xarici işlər nazirlərinin 18-ci aralıq konfransı haqqında danışan Y.Rəfiyev 2019-2022-ci ildə ölkəmizin sözügedən beynəlxalq təşkilatda sədrlik edəcəyi və 2019-cu ildə Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Sammitinə ev sahibliyi barədə məlumat verib.

 Sammitinin həm də böyük rəmzi mənası olduğunu söyləyən Y.Rəfiyev Avropa qitəsinin 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacağını bildirmiş və bu gün Avropa qitəsində cərəyan edən proseslər Qoşulmama Hərəkatının prinsip, məqsəd və məramlarının Avropada da təşviq edilməsinin vacibliyini gündəmə gətirdiyini vurğulayıb.

 Daha sonra Y.Rəfiyev Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında 2019-2022-ci illərdə sədrliyinin prioritetlərini konfrans iştirakçılarına təqdim edib.

 Y.Rəfiyevin geniş və əhatəli çıxışı iştirakçılar tərəfindən böyük maraqla dinlənilmiş, verilmiş suallara ətraflı cavablar alınıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018