Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “atəşpərəsti” - HƏFTƏ REYTİNQ
Tarix: 07.12.2018 | Saat: 20:00:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

“Nə qədər ki, ərazilər azad olunmayıb, biz düşmənə atəş açmalıyıq, atəş dayanmamalıdır!”. Bu sözləri Milli Məclisin cümə günü keçirilmiş plenar iclasında deputat Fərəc Quliyev söylədi. 

“Atəşkəs haqqında bizim fərqli mövqeyimiz olmalıdır. Biz o zaman atəşkəs haqqında saziş imzaladıq ki, işğalçı qüvvələr sərhədə çəkilsinlər və ondan sonra atəş açılmasın. Nə qədər ki, ərazilər azad olunmayıb, biz düşmənə atəş açmalıyıq, atəş dayanmamalıdır!” - deyə parlament üzvü vurğulayıb. Fərəc Qulieyev eyni zamanda dövlət sərhədini pozanlara qarşı kəskin mövqe tutmağa çağırıb: “Erməni təyyarələri gəldi, Qarabağ səmasında təlim keçirdilər. Müdafiə Nazirliyi bəyan etdi ki, təyyarələr təmis xəttinə yaxınlaşsa, vurulacaq. Mən başa düşmürəm, bizim sərhəd xəttimiz təmas xəttidir? Düşmən təyyarələri sərhədimizi pozan kimi vurulmalı idi...”.


Həftənin “yatağanı”


Bir neçə gün əvvəl dünyasını dəyişmiş ABŞ-ın 41-ci prezidenti ata Corc Buşla cümə axşamı Vaşinqtondakı Milli Kilsədə keçirilən dəfn mərasimində maraqlı anlar yaşandı. Tədbirdə keçmiş ABŞ prezidentlərindən Cimmi Karter, Bill Klinton, Barak Obama və xanımları da iştirak edib. ABŞ Prezidenti Donald Tramp və Melaniya Trampla yanaşı tədbirdə bir sıra xarici dövlətin lideri də iştirak edib. Keçmiş ABŞ prezidenti Bill Klinton və keçmiş prezident köməkçisi Co Bayden ayaqüstə yuxuya gediblər. Görüntülər “Tvitter” sosial şəbəkəsində paylaşılıb.


Həftənin “dəniz qulduru”


İsrailin “9-cu kanal”ı "Qoruq" adlı siyasi satirik cizgi serialının 52-ci seriyasında Rusiya Prezidenti V.Putini “dəniz qulduru” kimi təqdim etdi. Yeni bölümdə Kerç boğazında Rusiya sərhədçiləri tərəfindən Ukraynanın üç gəmisinin saxlanılması; “Roskosmos” rəhbəri Roqozinin Ayın fəth edilməsi planları; RF Hesablama Palatasının “Roskosmos”un fəaliyyətində çoxsaylı pozuntular barədə bəyanatı və Buenos-Ayresdəki “G20" sammitindəki olaylar satirik planda verilib. V.Putin Azov dənizindəki olaylarda “dəniz qulduru” rolunda çıxış edir. "G 20" sammitində isə Rusiya və ABŞ liderləri tanqo rəqsi oynayırlar...


Həftənin “tokvurmuşu”


Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyan kuryoz vəziyyətə düşdü. Parlament seçkilərində iştirak edəcək "Mənim addımım" blokunun liderini Sünik vilayətinin Kacaran şəhərində təşviqat kampaniyası zamanı cərəyan vurub. Video-görüntülərdə onun necə birdən-birə atlandığını və mikrafonu bir əlindən digərinə atdığını aydın görmək olar. Bir müddətdən sonra Paşinyanı yenidən cərəyan vurub, lakin bu dəfə onun köməyinə mühafizəçiləri gəlib və mikrafonu ştativə bərkidiblər. Bundan əvvəl o, mitinqdə çıxış zamanı Ermənistanın yenidən prezident idarəçilik formasına keçə biləcəyini bəyan edib.


Həftənin “xilaskar məşhuru”


Rusiyanın xalq artisti Aleksandr Rozenbaum təyyarədə sərnişinin həyatını xilas etdi. Moskva-Simferopol reysi ilə uçan təyyarədə sərnişinlərdən birinin halı qəflətən pisləşdiyindən bələdçi həkimə ehtiyac duyulduğunu elan edib. Bu elandan sonra biznes-klass salonundan A. Rozenbaum çıxıb və öz köməyini təklif edib. Tanınmış ifaçı huşunu itirmiş qadın sərnişinə süni nəfəs verərək həyatını xilas edib.


Həftənin “atpərəsti”


Azərbaycan Respublikasının əməkdar artisti Elza Seyidcahan “ATV MAQAZİN Onlarla” verilişində iştirak etdi. Müğənni aparıcının suallarını cavablandırarkən maraqlı cavablar verib. Elza Seyidcahan bildirib ki, şou-biznesdə sözünü demiş müğənnilər onu təkrarlayır. Kərim Abbasovla bağlı suala "Kləm kimdi?" deyə cavab verən müğənni sualdan yayınıb. Müğənninin diqqətçəkən digər sözü isə itlərlə bağlı olub: "Mən öləndə məni it kimi yox, at kimi basdırsınlar".


Həftənin “azərbaycanlı futbolçusu”


İsveçin “Savedalen IF u-19” (yəni 19 yaşlılarla) komandasında oynayan və uğur qazanan futboçulardan birinin də soydaşımız Ayxan Cabbarlı olduğu bilindi. Ayxan Cabbarlı 2003-cü ildə Azərbaycanda anadan olub. 6 yaşından futbolla məşğul olmağa başlayıb. İlk komandası Bakıda “Türk Futbol Klubunda“ başlayıb. Sonralar “Bakı”, “Nefçi” futbol klublarında oynayıb. 2012–ci ildən İsveçdə yaşayır. Burada da bir neçə klublarda məşqlər və oyunlar keçirib. Hazırda İsveçin “Savedalen IF u-19” klubunda oynayır. Bu il klub oynadıqları liqanın çempionu olub və əsas liqaya yüksəliblər. İndi liqa oyunlarında fasilə verildiyindən,”İsveç“ kuboku oyunlarında oynayır. Qrup oyunlarında yaxşı nəticə göstərdiklərinə görə, növbəti mərhələyə keçiblər. Bu il sınaq imtahanlarından sonra İsveçin ikinci böyuk futbol məktəbinə qəbul olub. Ən əsası isə öz ölkəmizin millisinə (2-il öncə) dəvət alıb və oyunundan razı qalıblar. 16 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində bir neçə beynəlxalq oyunlarda iştirak edib. Bundan əlavə, Ayxan Türkiyənin “Beşiktaş “ klubunun diqqətindədir. Yəqin ki, 2019 -cu ilin may ayında Türkiyədə baxışda olacaq.


Həftənin “narkoman futbolçusu”


Futbol üzrə İngiltərə Premyer Liqasının nəhəng klubu “Arsenal”ın oyunçularının adı böyük qalmaqalda hallandı. Onların arasında türk əsilli Məsul Özil də yer aldı. Belə ki, o, komanda yoldaşları – Perre-Emerik Aubameyanq, Aleksandr Lakazet, Mateo Guendouzi və Mxitaryanla birgə 70-dən çox qadının iştirak etdiyi partiyə qatılıb. Onlar “Hippy Crack” adlı maddəni qəbul edərkən müşahidə kameraları tərəfindən görüntülənib. Görüntülərin mövsümdən əvvələ aid olduğu bildirilir. Videoda futbolçuların narkotik maddənin təsirinə düşdüyü yer alıb. “Arsenal”ın oyunçularının şar vasitəsilə nitrogen oksidi qəbul etdikləri bildirilir. Məsul Özil maddəni çəkdikdən sonra erməni əsilli komanda yoldaşı Mxitaryana verdiyi əks olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019