Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qələbə çalan Paşinyanı üç əsas problem gözləyir” - Elxan Şahinoğlu
Tarix: 09.12.2018 | Saat: 23:55:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

“Beləliklə, Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. 2 ermənidən biri seçkiyə getməyib. Bəs niyə belə aşağı fəallıq olub? Bu Ermənistandakı keçmiş seçkilərin kütləvi saxtakarlıqla keçdiyinə işarədir. Keçmiş prezidentlər və hakim partiya administrativ rerursdan gen bol istifadə edir, seçki günü rəqəmləri şişirdirdi. İndi isə seçki məntəqəsinə nə qədər seçici gəlib o qədərinin də statiktikası aparılıb. Belə çıxır ki, əvvəlki illərdəki seçici passivliyi daha böyük miqyasda olub”.

Hafta.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ermənistandakı seçkiləri şərh edən Elxan Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan siyasi həyata canlanma gətirdi, ancaq bu seçici marağını artırmadı. Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq: “20 ildən sonra “Qarabağ klanı” rəsmən hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq. Qarşıda onu 3 çətin vəzifə gözləyir. Görək öhdəsindən necə gələcək? Birincisi, Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək; İkincisi, İstisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir; Üçüncüsü, xarici siyasət kursunu müəyyənləşdirməlidir, Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.03.2019
20.03.2019
19.03.2019