Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda direktor narkotik qəbul edib xanımını 5-ci mərtəbədən atdı - GÜNÜN TƏZADLARI
Tarix: 11.12.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıda ötən gecə dəhşətli cinayət hadisəsi baş verdi. Hafta.az Baku.ws-ə istinadla xəbər verir ki, bazar ertəsi gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb. Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub. Taxveli Ramiz Pərviz oğlu Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib. Fakta görə 10 dekabr 2018-ci il tarixində Nəsimi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb. Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu "Buta Palace”ın art direktoru olmaqla yanaşı, tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qohumudur.


Polislər asayişi qorumaq üçün dəvələrlə təmin edildi


Əbu-Dabi Əmirliyinin polisi ictimai asayişi qorumaq üçün xüsusi patrulların yaradıldığını bildirdi. Hafta.az "Report"a istinadla xəbər verir ki, bu barədə yerli "Gulf News" nəşri məlumat yayıb. Məlumata görə, yeni polis patrulları dəvələrlə təchiz ediliblər. Əbu-Dabi polisinin baş komandanı Məhəmməd əl-Rumeysi bildirib ki, bu addım təhlükəsizliyin təmin olunması ilə yanaşı, əmirlik ənənəsinin qorunmasına yönəldilib. Qeyd edilir ki, dəvələrin üstündə xidmət keçirəcək patrul əməkdaşlarına təkcə səhralıq ərazilərdə deyil, şəhərlərdə də rast gəlmək mümkün olacaq.


Paytaxtda xəstə adı ilə klinikaya girən şəxs oğurluq etdi


Bakıda özəl klinikadan oğurluq edildi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu Vaqif prospektindəki klinikada baş verib. Oğurluq anı xəstəxananın təhlükəsizlik kamerasına da düşüb. Klinikaya xəstə kimi daxil olan təxminən 25-30 yaşlı bir nəfər əvvəlcə ödəmə terminalına yaxınlaşıb güya nəsə ödəniş edir. Həmin şəxs qəbul şöbəsində heç kimin olmadığını görüb ora yaxınlaşır. Daha sonra o, qəbul şöbəsində işləyən Aytən Həsənovanın iki ədəd mobil telefonunu götürüb cibinə qoyur. Dərhal həmin şəxs gödəkçəsini geyinib klinikanı tərk edir. Zərərçəkmiş Aytən Həsənova deyir ki, hadisə onun bir neçə dəqiqəlik qəbul şöbəsindən kənara çıxması zamanı olub. Zərərçəkmişin sözlərinə görə, ona təxminən 800 manat ziyan dəyib. Aytən Həsənova deyir ki, əgər həmin şəxs telefonları gətirib təhvil verməsə polisə müraciət edəcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edib.


10 barmağının ucu kəsildi- sənətini atmadı


Türkiyənin Bursa şəhərinin İznik kəndində yaşayan və 72 ildir çəllək düzəldən İsmayıl Alqış adlı şəxsin əllərini görən hər kəsin heyrətə düşdüyü bəlli oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, 86 yaşlı sənətkar bütün barmaqlarının ucunu çəlləyin taxtalarını yonan mişar aparatında itirib. Lakin buna baxmayaraq sənətini davam etdirir. 14 yaşından etibarən bu sənətlə məşğul olan İsmayıl Alqış yorulmadan hər gün işləyir. Onun düzəltdiyi çəlləkləri nəvəsi 500-5000 tl civarında qiymətə satır.


“Ayfon”un satışı qadağan edildi


Çin məhkəməsi "Apple" şirkətinin "iPhone" smartfonlarının 7 modelinin ölkədə satışına qadağa qoydu. Hafta.az yazır ki, bu barədə "Report" TASS-a istinadla xəbər verir. Agentliyin məlumatına görə, məhkəmə "Apple" şirkətini, patentlərin pozulmasında ittiham edən "Qualcomm"un iddiası üzrə qərar çıxarıb. Qeyd olunur ki, məhkəmə "iPhone"un bəzi modellərinin idxalına da ilkin qadağa tətbiq edib. "Apple"in gəlirlərinin təxminən 20 faizi Çindəki satışdan əldə edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.01.2019
20.01.2019
19.01.2019