Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hindistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Tarix: 12.12.2018 | Saat: 17:39:00
Bölmə:Gündəm | çapa göndər

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfiri Sanjay Rananı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, iki ölkə arasında münasibətlərin inkişafından, o cümlədən davamlı siyasi dialoqun mövcudluğundan məmnunluğunu bildirən səfir son dövrlər Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artımın müşahidə olunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirib.

Görüş zamanı tərəflər mövcud bağlılıq layihələri, Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, gömrük sadələşdirmələri və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hindistanın bağlılıq layihələrində maraqlı olduğunu qeyd edən səfir, bu nəqliyyat şəbəkələrinin ölkəsini geniş qonşuluqla birləşdirən körpü rolunda çıxış etdiyini bildirib.

Tərəflər hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayıblar.

S.Rana diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə edib.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.04.2019
18.04.2019