Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
88 saylı Ağdam məktəbində Ulu Öndərin anım günü qeyd edildi
Tarix: 12.12.2018 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paytaxtın Yasamal rayonu Şərifzadə küçəsi, 4, Xarici Dillər Universitetinin 2 saylı yataqxanası ərazisində fəaliyyət göstərən 88 saylı Ağdam köçkün tam orta məktəbində tədbir keçirilib. Anım günü ilə bağlı bütün siniflərdə divar qəzetləri hazırlanıb.

Məktəbdə Ulu Öndərin keçdiyi həyat yolundan bəhs edən şagirdlərin əl işləri sərgilənir. Heydər Əliyevin sovet dönəmində və müstəqillik illərində Ağdama səfərləri, sadə, zəhmətkeş insanlarla görüşləri ilə bağlı rəsm əsərləri orijinallığı ilə gələn qonaqların diqqətini çəkirdi.
Tədbir Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra məktəbin direktoru, tanınmış pedaqoq Mətanət Məmmədova çıxış edərək bildirdi ki, bu gün biz qəlbimizdə daim yaşayan, xalqımızın yetirdiyi dahi şəxsiyyət, siyasi xadim, ulu öndər Heydər Əliyevin anım gününü qeyd edirik: “Məktəbdə ilk dərs saatı “Ulu Öndərin Azərbaycan xalqı üçün verdiyi töhfələr” mövzusu olub. Anım günü ilə bağlı dekabrın 9-da məktəbin müəllim və şagird kollektivi məktəbdən Fəxti Xiyabana, Heydər Əliyevin məzarı üstünə, oradan Şəhidlər Xiyabanına yürüş ediblər.

 

Azərbaycan tarixində həm sevincli, həm də kədərli günlər yaşamışıq. Bu kədərli günlərdən biri 2003-cü ilin 12 dekabrı idi. Həmin gün Azərbaycan xalqı öz böyük və xilaskar oğlunu, Ümummilli Lider, müstəqil dövlətimizin qurucusu H.Əliyevi cismən itirdi. Bütün Azərbaycan bu xəbərə sarsıldı. O bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan bir məmləkəti qoyub getdi. Bu, Heydər Əlirza oğlu Əliyev idi. Hər zaman bu adın səslənməsindən qürur duymuş, fəxr etmişik. Bu insan hər zaman vətəni Azərbaycan haqqında düşünmüşdür. Onun bir amalı vardı - xalqını azad və firavan yaşatmaq. Heydər Əliyev deyəndə gözümüz önündə şəxsiyyət, vətəndaş, ictimai xadim canlanır. Bu dahi insan xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbəti qazanan öndər kimi qalıb. Onun söylədiyi müdrik kəlamlar bizim həyat kitabımıza çevrilib: “Təhsil millətin gələcəyidir, müstəqil dövlətin təməlidir”, – deyib Ulu Öndər. Onun sözləri və əməlləri hər birimiz üçün məktəb olmuşdur. O, həyatını xalqına həsr etdi. Bu yolda sönməz məşələ çevrildi”.

Mətanət Məmmədova söylədi ki, müstəqilliyimizi əldə etdikdən sonra, Ulu Öndər xalqın təkidi ilə Azərbaycan dövlətinə rəhbər seçildi. O, ölkəmizi daxili çəkişmələrdən, parçalanma və qardaş qırğınından qurtardı. Ölkə iqtisadiyyatını gücləndirdi.
Azərbaycan hər bir sahədə olduğu kimi, təhsil sahəsində də sürətlə inkişaf etməyə başladı: “Heydər Əliyev cismən aramızda olmasa da, əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlının vahid məram və məqsədlər ətrafında birləşdirir. Həm də onunla təsəlli tapırıq ki, böyük öndərin prezident İlham Əliyev kimi müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqın və dövlətin maraqlarını daimi uca tutan, siyasətində hər bir vətəndaş mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işə doğruldan layiqli siyasi davamçısı var. Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ona görə də biz harada, hansı işdə olmağımızdan asılı olmayaraq, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Gənc nəslimizi azərbaycançılıq ideologiyası əsasında tərbiyə etməliyik”.

Tədbirdə Heydər Əliyevin keçdiyi həyat yolundan bəhs edən videoçarx nümayiş etdirildi. Tədbir məktəbin təşkilatçısı Aidə Əliyeva və ibtidai sinif müəllimləri Xatirə Bəhramova, Kəmalə Səfərovanın şagirdlərlə birlikdə hazırladıqları Ulu Öndərin həyat yolundan bəhs edən ədəbi-bədii kompozisiya ilə başa çatdı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019