Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəblilərimizdən növbəti beynəlxalq uğur
Tarix: 12.12.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Dünyanın 48 ölkəsindən məktəblilərin qatıldığı Elm Olimpiadasına azərbaycanlı şagirdlər 5 medal qazanıblar

Məlum olduğu kimi, bir neçə gün əvvəl Botsvanada yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib. Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada ölkəmizi 6 şagird təmsil edib.

Bu mötəbər elm yarışında öz bilik və bacarıqlarını nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin IX sinif şagirdi Sədiyar Qafarov, Fizika, riyaziyyat və infomratika təmayüllü liseyin X sinif şagirdi Məhəmməd Yusifov, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin IX sinif şagirdi Xanım Yaqublu və X sinif şagirdi Əjdər Fərzullazadə, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Murad Bəşirov bürünc medallara layiq görülüblər.
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub. Fizika, kimya və biologiya fənləri üzrə təşkil edilən olimpiada 3 mərhələdə keçirilib. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, 3-cü mərhələdə isə praktiki bacarıqları yoxlanılıb. Şagirdlərin hazırlıq prosesi tədris ilinin əvvəlindən start götürüb. İki mərhələli imtahan əsasında seçilən şagirdlər hazırlıq prosesi zamanı laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunublar.

Xatırladak ki, 2009-cu ildə Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası Bakıda təşkil olunub. 48 ölkədən 258 şagirdin iştirak etdiyi olimpiada fizika, kimya və biologiya fənləri üzrə olub. Olimpiadada iştirak edənlərin 84-ü bürünc, 60-ı gümüş, 20-si isə qızıl medal qazanıb. Qızıl medalların sayına görə birinci yeri Rusiya tutub – 6 medal. Azərbaycan təmsilçiləri yarışmada qızıl medal qazana bilməyiblər. Azərbaycan olimpiadada 9 medal qazana bilib ki, bunların 2-si gümüş, 7-si bürünc olub.
Ötən il sözügedən bilik yarışı Niderlandın Neymeqen şəhərində keçirilib. 50-dən çox ölkənin qatıldığı bu mötəbər elm yarışında Azərbaycan məktəbliləri də iştirak edib. Fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Kənan Ağayev və Əli Əliyev, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin X sinif şagirdi Turan Bayramlı, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli və Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin X sinif şagirdi Fərid Əliyev olimpiadanın bürünc medalına layiq görülüblər.Onu da deyək ki, 2004-cü ildən etibarən bu olimpiadada iştirak edən Azərbaycan məktəbliləri 4 gümüş, 38 bürünc olmaqla 42 medal qazanıblar.
Yeri gəlmişkən, son illər təhsil sektorunda həyata keçirilən islahatlar bu sahədə keyfiyyətin yüksəlməsi ilə nəticələnib. Artıq azərbaycanlı şagirdlər nəinki ölkə daxilində, ölkəmizdən xaricdə də uğurlu bilik səviyyəsi nümayiş etdirirlər.

Məsələn, 8-9 dekabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadası keçirilib. Beynəlxalq komanda olimpiadası 6 regionda təşkil olunur. Şagirdlərimiz Cənub regionu (Azərbaycan, Gürcüstan, Ermənistan) üzrə yarışda iştirak ediblər.
Bu region üzrə 19 komandanın qatıldığı müsabiqədə Azərbaycanı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə təmsil edib. Yarışda Cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb.
Müsabiqədə iştirak etməkdə məqsəd 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının (İOİ) hazırlıq planına uyğun olaraq, şagirdlərimizin səviyyələrini müəyyənləşdirmək, təcrübələrini artırmaq və hazırlıq prosesini daha da intensivləşdirməkdir.
Bu ilin sentyabrın 2-dən 7-dək Azərbaycan məktəbliləri daha bir bilik yarışında iştirak edərək uğurlu nəticə əldə ediblər. Belə ki, sözügedən tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində III Beynəlxalq Meqapolis Olimpiadası keçirilib. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər fərdi və komanda yarışlarında uğurla çıxış ediblər. Belə ki, kimya fənni üzrə Kimya-biologiya respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev qızıl, Ağdaş şəhər, Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat üzrə gümüş medal əldə edib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin 10-cu sinif şagirdi İbrahim Tağızadə isə informatika fənni üzrə bürünc medala layiq görülüb.

Beynəlxalq Meqapolis Olimpiadasında olimpiada nailiyyəti ilə seçilən ölkələrdən iştirakçılar qatılıb. Olimpiada 4 fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. Birinci mərhələdə komanda üzvlərinin tapşırıqları düzgün həll etmələri yanaşı, həm də sürətli olmalarına önəm verilir. Kimya və fizika fənləri üzrə qatılan iştirakçılar nəzəri və təcrübi hissələrdən ibarət olan müsabiqədə öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Riyaziyyat və informatika fənləri üzrə qatılan iştirakçılar isə onlara təqdim olunan tapşırıqları həll edirlər. İştirakçıların yazı işləri beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Qeyd edək ki, ilk dəfə 2017-ci ildə bu olimpiadaya qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər.
Bu ilin 13-18 may tarixlərində məktəblilərimiz daha bir nüfuzlu bilik yarışında ölkəmizi təmsil ediblər. Belə ki, Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib. Beynəlxalq sərgiyə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli qatılıb. Azərbaycanı bu nüfuzlu müsabiqədə cari ilin fevral ayında ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsinin qalibləri - akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatov fizika-astronomiya bölməsi üzrə, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə kompüter elmləri, Fidan İbrahimova biologiya, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması bölmələri üzrə layihələrlə təmsil ediblər.

Layihələrdən ikisi - akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına, liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən 1000 ABŞ dolları məbləğində mükafata layiq görülüb.
Bu ilin 19-29 iyul tarixlərində Çexiya və Slovakiya respublikalarında şagirdlər arasında keçirilən 50-ci Beynəlxalq Kimya Olimpiadasında da (İCHO 2018) məktəblilərimiz növbəti uğura imza atıblar. Azərbaycanı olimpiadada 4 şagirdimiz təmsil edib. Bakı şəhər akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ramil Babazadə olimpiadanın gümüş, Bakı şəhər 160 nömrəli klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü liseyin 11-ci sinif şagirdi Turan Məmmədli bürünc medallarını qazanıblar. Kimya-biologiya təmayüllü Respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev olimpiadanın Həvəsləndirici sertifikatına layiq görülüb.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
ƏƏSMN-də icbari tibbi sığortanın tətbiqi müzakirə edilib - FOTO
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
YAP-ın Mərkəzi qərargahında AXC-yə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib - FOTO
Ermənistan idmandan siyasi alət kimi istifadə edir - XİN
Avroliqanın finalı ərəfəsində 450 avtobus ayrılacaq - BNA
Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil - Ermənistan Boks Federasiyası
Nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb - Mais Ağayev
Mayın 25-30-da bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edəcək
“Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir” - Əli Həsənov