Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakı sakininin xərçəngi müalicə edən (?) qurğusu oğurlandı - GÜNÜN TƏZADLARI
Tarix: 12.12.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakı sakininin evindən illərdir əziyyət çəkib hazırladığı qurğu oğurlandı. Hafta.az yazır ki, belə bir xəbəri Xezerxeber.az yayıb. Zərərçəkmiş Tahir Əliyev deyir ki, bir müddət əvvəl prostat vəzi xərçənginin müalicəsi üçün qurğu düzəldib. Həmin qurğunu Günəşli qəsəbəsində yaşadığı evdə saxlayıb. Sonra isə oradan köçərək Nizami rayonu, Əlif Hacıyev, 35 ünvanında məskunlaşıb. Köç ərəfəsində yeni ünvana gətirdiyi qurğu bir müddət sonra oğurlanıb. Zərərçəkən iddia edir ki, həmin qurğunu evində usta işləyən şəxslər oğurlayıb. Tahir Əliyevin sözlərinə görə, evdə qiymətli məişət əşyalarının olmasına baxmayaraq, onlar oğurlanmayıb. Zərərçəkmiş artıq məsələ ilə bağlı Nizami rayon 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ancaq hələ də qurğunu oğurlayan şəxs və ya şəxsləri tapmaq mümkün olmayıb.

Məsələ ilə bağlı polis bölməsindən bildirildi ki, faktla bağlı toplanan sənədlər rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Hazırda qurğunu oğurlayan şəxslərin araşdırmaları davam etdirilir. Qeyd edək ki,Tahir Əliyev iddia edir ki, onun bu qurğusu prostat vəzi xərçəngini yox etmək gücünə malikdir. O, qurğusuna patent almaq üçün hələ bir müddət bundan əvvəl aidiyyəti qurumlara müraciət edib.


Sarı jiletlərin satışı qadağan edildi


Misirdə sarı jiletlərin pərakəndə satışı qadağan olundu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, ölkə hökuməti, həmçinin, sarı jiletlərin topdansatışını nəzarətə götürmək niyyətindədir. Qeyd edək ki, sarı jiletlər Fransada yanacağın qiymətinin artırılmasına kütləvi etirazların simvoluna çevrilib. Misir hakimiyyətinin bu qərarı 2011-ci il kütləvi iğtişaşların ildönümü öncəsinə təsadüf etdiyi üçün bəzi mülahizələrə səbəb olub.


14 yaşlı qapıçı oyun zamanı aldığı zədədən öldü


İngiltərədə yeniyetmələr arasında futbol çempionatının oyununda bədbəxt hadisə baş verdi. Hafta.az. Oxu.az-a istinadla xəbər verir ki, “Bedqouv Daynamos” klubunun 14 yaşlı qolkiperi Luka Kampanaro “Harevild Yunayted”lə oyun zamanı rəqib komandanın futbolçusu ilə toqquşub. Başından xəsarət alan L. Kampanaro helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qolkiperin atası baş verən hadisədə oğlu ilə toqquşan futbolçunu günahkar saymadığını bildirib.


Tanınmış teleaparıcı qəzaya uğradı


"Space TV"nin aparıcısı Aysel Nazim qəzaya düşdü. Hafta.az-ın BAKU.WS-ə istinadla yaydığı xəbərdə deyilir ki, bu barədə aparıcı özü “Facebook” səhifəsində yazıb. Aparıcı qəzaya uğrayan avtomobilinin fotolarını paylaşıb. Aysel Nazim hadisəni şərh edərək "Nəzərə gəldik, cana gələcəyinə, mala gəlsin. Çox şükür, hər şey yaxşıdır" ifadələrinə yer verib.


At “Toyota”nı vurub qaçdı


Çeçenistanın paytaxtı Qroznıda qeyri-adi qəza oldu. Hafta.az-ın Moderator.az-a istinadla verdiyi xəbərdə deyilir ki, at özünü “Toyota” avtomobilinə çırpıb və qaçıb. İnternetdə olayı əks etdirən videodan görmək olar ki, at necə sürətlə yolun qarşı tərəfinə keçir və hərəkət edən avtomobili vurur. Qəza nəticəsində minik avtomobilinin qabaq şüşəsi sınıb və kapot zədələnib. Qeyd edilir ki, toqquşmadan sonra heyvan qaçıb və onun sonrakı taleyi məlum deyil.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019