Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bakı görüşü Azərbaycana olan etibarın göstəricisidir” – Sona Əliyeva
Tarix: 13.12.2018 | Saat: 09:29:00
Bölmə:Siyasət | çapa göndər

Dekabrın 13-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilək.

Hafta.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev tərəfindən dekabrın 11-də Bakıda qəbul edilən Körtis Skaparrotti məlumat verib.

Körtis Skaparrotti Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

Ekspertlər hesab edirlər ki, NATO komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşünün məhz Bakıda təşkil olunması Azərbaycana və onun paytaxtına verilən ali dəyərin nümunəsidir. Ekspertlər hesab edirlər ki, bu cür yüksək səviyyəli görüşün Bakıda keçirilməsi həm də ölkəmizdə formalaşmış və möhkəmlənmiş sabitliyin, təhlükəsizliyin təminatına qarantın mücəssəməsidir.

Millət vəkili Sona Əliyeva hafta.az-a açıqlamasında bildirib ki, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya salmaqla regionda Azərbaycandan başqa heç bir ölkəyə güvənmədiklərini göstərməyə çalışırlar: “Bu sıradan görüş deyil. İki supergücün problemli məsələləri həll etdiyi, ortaq nəticəyə gəldiyi bir toplantıdır. Buradan gəlinən nəticə odur ki, Bakı NATO ilə Rusiya arasında körpüdür. Onların sülhə, razılığa gəldiyi bir məkandır. Bu həm də ölkəmizdəki sabitliyin göstəricisidir. Regionun təhlükəsizlik adasına çevrilmiş Azərbaycan artıq ikinci dəfədir ki, bu cür yüksək səviyyəli görüşə ev sahibliyi edir. Görüşün Bakıda keçirilməsi Azərbaycana olan inamın nəticəsidir. Ölkə başçımız cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan balanslı siyasət yürüdür. Müstəqil qərarlar qəbul edir. Ən əsası tərəflərdən bu və ya digərinin yanında deyil. Ona görə də həm NATO, həm də Rusiya üçün Azərbaycan ən neytral ölkə hesab olunur”.

Millət vəkili bildirib ki, belə yüksək səviyyəli görüşlərin Azərbaycanda keçirilməsinin başqa bir səbəbi isə bu cür ali toplantılar üçün paytaxtımızda yaradılan şəraitdir: “Bakımız hər gün inkişaf edir. Dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Burada hər il onlarla yüksək səviyyəli, beynəlxalq əhəmiyyətli tədbirlər, konfranslar keçirilir. Bunun üçün paytaxtımızda hər cür infrostruktur, şərait var. Bu amil də belə yüksək görüşlərin paytaxytımızda keçirilməsinə tutarlı əsaslar verir. Bir daha qeyd edim ki, NATO və Rusiya baş qərargah rəisinin Bakı görüşü Azərbaycana olan etibarın göstəricisidir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
22.06.2019