Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda REYD - 30-dan artıq sürücü saxlanıldı
Tarix: 13.12.2018 | Saat: 10:57:00
Bölmə:Sosial | çapa göndər

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindənyol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən 30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Sabunçu, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.03.2019
20.03.2019
19.03.2019